\"Ağayevlər ailəsi sevincdən ağladı\" - Hacı Nuran Xalq artisti ilə bağlı şad xəbər verdi

\
"Axır ki, Ağayevlər ailəsi aylardan bəri ilk dəfə olaraq sevincdən ağladı. Çünki Xalq artisti Ağadadaş Ağayev bu gün vətənə qayıdır və sağlamdır”.
 
Sfera.az bildirir ki, bunu aparıcı Hacı Nuran Hüseynov deyib. O bildirib ki, dəfələrlə əməliyyat olunan ifaçı ölümə baş əymədi.

"Ağadadaş Ağayev sağaldı. Mən bilirəm o xəstəxana çarpayısı, həkimlərin sözlə dolu gözlərinə baxmaq, saatlarla reanimasiya qapısında, cərrahiyyə qabağında gözləmək nə deməkdir. Ağadadaş inanırdı ki, sağ-salamat qayıdacaq elinə, obasına. Budur, qardaşım ailəsinə, səhnəyə qayıdır” , - deyə H.Nuran əlavə edib.
Qeyd edək ki, A.Ağayev apreldə Türkiyəyə müalicəyə yollanıb. O, indiyə kimi 3 dəfə əməliyyat olunub.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR