Ağadadaş Ağayevin Türkiyədəki evini satıb, pulunu yeyiblər

Ağadadaş Ağayevin Türkiyədəki evini satıb, pulunu yeyiblər
Xalq artisti Ağadadaş Ağayev Türkiyədən qayıtdıqdan sonra ilk dəfə "Günün sədası” proqramına qonaq olub.

Sfera.az xəbər verir ki, veriliş zamanı A.Ağayev səhhətilə bağlı yaşadığı problemlərdən danışıb: "Xalqımızı mən çox sevirdim.

Amma başıma gələnlərdən sonra onların mənə necə dəstək olduqlarını görüb daha çox sevməyə başladım.

Artıq musiqi fəaliyyətimdə aktiv olacam. Çünki bu yaşama şansını Allah mənə verdi. Xəstəliyimi bilən kimi özümü Allah tapşırdım. Çünki Allah mənə 65 il şans verib, çox yaxşı yaşamışam.

Millətimin, xalqımın qarşısında dürüst olmuşam. İnsan xəstəliyə qalib gəldikdən sonra sonra dünyaya fərqli yanaşır. 4 dəfə əməliyyata girdim.

Başa düşdüm ki, insan qədər Allahın sevdiyi ikinci varlıq yoxdur. Həyatımda ilk dəfə ölkəmdən uzaq düşdüm. Ayrı qaldım. İnsanlar mənə zəng edirdi, orqanlarını bağışlamaq istədiklərini bildirirdilər”.

A.Ağayev Türkiyəyə səfərləri zamanı orada öz evində qalırdı. Proqram zamanı sənətçi həmin evin başqa insan tərəfindən satıldığını bildirib:

"Həmin evimi satıblar, pulunu isə yeyiblər. Halal xoşları olsun. İndi başqa yeni və kiçik evimiz var. Hava limanına yaxın ərazidə yerləşir”. // BAKU.WS


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi BAŞA ÇATDI -YENİLƏNDİ

Əməkdar artıst Cavanşir Məmmədovla vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, mərasim mərhumun yaşadığı evdə baş tutub.   Vida m...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...