Ağ Evin yeni sahibi Qafqaza qeyri-sabitlik vəd edir – Politoloqdan açıqlama

Ağ Evin yeni sahibi Qafqaza qeyri-sabitlik vəd edir – Politoloqdan açıqlama

"Co Baydenin ABŞ-da hakimiyyət başına keçməsi Cənubi Qafqazın Moskvanın təsirində olan hakimiyyətləri üçün narahatlıqlar yaradacaq”.


Bunu Sfera.az-a açıqlamasında ABŞ-da Co Baydenin hakimiyyəti dövründə bu ölkənin bölgəmizlə bağlı siyasətində hansı konturların cızılacağına aydınlıq gətirərkən politoloq Nəsimi Məmmədli deyib.


Həmsöhbətimiz bildirdi ki, Bayden adminstrasiyasının bölgəmizə aid siyasəti əvvəlki adminstrasiyalardan kəskin şəkildə fərqlənməyəcək: "Çünki, ABŞ-nın Cənubi Qafqaza baxışında vahid strategiya var. Onlar burada yerləşən ayrı-ayrı ölkələrə müvafiq siyasət yürütmür. Vaşinqtonun bölgəmizə yönəlik siyasətində 3 Qafqaz ölkəsinin hər birilə eyni məsafədə həyata keçirilən strateji siyasət əsas yer tutur və bu siyasət dəyişməyəcək”.


Bununla belə N. Məmmədliyə görə, Cənubi Qafqazda Rusiyaya münasibətdən doğan hansısa fərqliliklər olacaq: "Baydenin zamanında Cənubi Qafqazdakı Moskvanın siyasi təsir dairəsində olan hakimiyyətlər özlərini çox da rahat hiss etməyəcəklər. Çünki onlara yönəlik müəyyən yeni siyasi konturlar və sürprizlər cızılacaq. ABŞ-la Rusiya arasında Cənubi Qafqaz və postsovet məkanında olan problemlər əsasən Ukrayna və Gürcüstanla bağlıdır.

 

Baydenin dövründə Rusiyaya qarşı duran bu ölkələrə maliyyə yardımının edilməsi aktual olacaq. Tramp adminstrasiyası xarici dövlətlərə xərclənməni kifayət qədər azaltmışdı. Bu isə ABŞ-nın dünyadakı nüfuz və mövqeyini xeyli dərəcədə zəiflətdi. Bayden adminstrasiyası isə daha çox maliyyə yardımı ayırmaq, hərbi iştirakını gücləndirməklə ölkəsinin əvvəlki nüfuzunu bərpa etmək niyyətindədir.

 

Ona görə də Rusiya ilə yaxın strateji müttəfiqliyi olan dövlətlər Vaşinqton tərəfindən daha çox zərər görəcək. Rusiya ilə münasibətlərində gərginlik olan dövlətlər isə ABŞ tərəfindən daha ciddi şəkildə dəstəklənəcək. Belə vəziyyət isə regionda qeyri-sabitliyin davam etməsinə, qarşıdurmaların artmasına gətirib çıxaracaq”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...