Ağ Evin 4 əməkdaşı istefa verdi

Ağ Evin 4 əməkdaşı istefa verdi
Vaşinqtonda baş verən iğtişaşlardan sonra Ağ Evin dörd rəsmi nümayəndəsi istefa verib.

Sfera.az "Fox News”a istinadən xəbər verir ki, daha əvvəl istefa vermiş Birinci Xanım aparatının rəhbəri Strefani Qrişamdan sonra mətbuat katibinin müavini Sarah Matyus və protokol katibi Riki Niçet də eyni addımı atıb.

Nəhayət, ölkə prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Matt Potincer də istefa ərizəsi verib.

Xatırladaq ki, dünən Vaşinqtonda hazırkı prezident Donald Trampın tərəfdarları etiraz nümayişi keçiriblər, daha sonra Konqres binasına hücumç edərək ali qanunverici qurumun iclasını yarımçıq qoyublar. Hadisə yerinə cəlb edilən polis və mühafizə dəstələri nümayişçilərə qarşı bibər qazı və səs qumbaraları tətbiq ediblər. İğtişaşlar nəticəsində 4 nəfər həlak olub. Sonradan iclasına davam edən Konqres üzvləri seçkilərdə Cozef Baydenin qələbə çaldığını təsdiqləyiblər. (Report)


OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...