Afinanın sevinci çox çəkmədi – Türkiyə təkzib etdi

Afinanın sevinci çox çəkmədi – Türkiyə təkzib etdi
 

"Oruc Rəis” gəmisi Aralıq dənizində tədqiqat işlərinə davam edəcək.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi Tvitter hesabında məlumat yayıb.

Məlumata görə, adıçəkilən gəmi bölgədə bu günə kimi 3525 kilometrlik seysmik məlumat toplayıb:

"Oruç Rəis” iş prinsipinə uyğun olaraq planlı baxım, kadr dəyişikliyi və növbəti missiya hazırlıqları üçün ayda bir dəfə limana qayıdır. Gəminin tədarük və texniki xidmət üçün limana qayıtması həmişə həyata keçirdiyi fəaliyyətdir. "Oruç Rəis” Aralıq dənizində tədqiqat işlərinə davam edəcək. Bundan başqa, "Yavuz” gəmisi "Səlcuklu-1” quyusunda, "Barbaros Xeyrəddin Paşa” tədqiqat gəmisi isə Aralıq dənizinin şərq hissəsində fəaliyyət göstərir”.

Qeyd edək ki, Yunanıstan baş naziri "Oruc Rəis” gəmisinin Avropa dövlətləri ilə Türkiyəyə qarşı qurduqları birlik nəticəsində Antalyaya qayıtdığını, bunu alqışladığını bildirmiş və Türkiyə ilə bu "geriçəkilmədən” sonra danışıqlara hazır olduğunu açıqlamışdı. (axar.az)


OXŞAR XƏBƏRLƏR

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...