AFFA \"Zirə\"nin qapıçısını cəzalandırdı

AFFA \
AFFA İntizam Komitəsi "Zirə"nin qapıçısı Mateus Albinonu bir oyunluq cəzalandırıb.

Sfera.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb qolkiperin Premyer Liqanın IX turunda səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulmasıdır.

Qəsəbə təmsilçisi bunun üçün 200 manat ödəməli olacaq. "Sabah"ın isə 4 oyunçusu sarı vərəqə alıb və kluba 800 manat məbləğində cərimə kəsilib.

Komitə "Sumqayıt” klubuna da eyni cəzanı verib. Buna 5 oyunçunun səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə alması səbəb olub.

"Keşlə"nin "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdiyi matçda klubların bəzi rəsmi şəxsləri "A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün hər iki klub ayrı-ayrılıqda 800 manat cərimə olunub.

"Qarabağ"ın "Neftçi"ni 6:0 hesabı ilə darmadağın etdiyi görüş öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) gəlmədiyi üçün paytaxt klubu 400 manat cərimə olunub.


OXŞAR XƏBƏRLƏR

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.   Sfera.az xəb...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə mətbuat konfransında ÇIXIŞ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə birgə mətbuat konfransında çıxış edib.   Sfera.az x...

Çin Rusiyaya maşın və avadanlıq ixracını azaldır – SƏBƏB

2024-cü ilin martında Çin Rusiyaya maşın, avadanlıq (o cümlədən elektrik avadanlığı), mexanizmlər, onların hissələri və aksesuarlarının birbaşa tədarükünü ...