AFFA-nın İcraiyyə Komitəsindən bugünkü iclasının - Bütün qərarları

AFFA-nın İcraiyyə Komitəsindən bugünkü iclasının - Bütün qərarları
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

Sfera.az xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsindən öncə noyabrın 30-da helikopter qəzasında həlak olan hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
 
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
1. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə 2022-ci il oktyabr ayına qədər uzadılsın. Baş məşqçi növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etsin.
 
2. Aşağı yaş qruplarından ibarət milli komandalara aşağıda göstərilmiş baş məşqçilər təyin olunsun:
 
U-15/U-16 - Füzuli Məmmədov
U-17 - Elxan Abdullayev
U-18 - Aqil Nəbiyev
 
3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının AFFA tərəfindən keçirlimiş tenderə uyğun olaraq inşası təsdiq olunsun.
 
4. Regionlarda klublara maliyyə dəstəyinin təmin olunması məqsədilə bölgələrdəki futbol klublarına dəstək fondu təsis olunsun. Müvafiq hüquqi prosedurların həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılsın.
 
5. "Dalğa Arena”nın yaxınlığında yerləşən, müvafiq infrastruktura daxil olmayan AFFA-ya məxsus torpaq sahəsi satışa çıxarılsın.
 
6. Apellyasiya və Arbitraj Tribunalının üzvü Zaur Qəhrəmanov öz xahişi ilə üzvlükdən azad olunsun. Gülağa Cabarov Apellyasiya və Arbitraj Tribunalının üzvü təyin olunsun.
 
7. Əsgər Abdullayev Məşqçilər Komitəsinə üzv təyin olunsun
 
8. AFFA-nın Futbol akademiyasının təmir olunması üçün FIFA Forward Layihəsindən 150 000.00 ABŞ dolları məbləğində  maliyyələşməsi təsdiq olunsun.
 
9. VAR layihəsi üçün 500 000.00 ABŞ dolları məbləğində FIFA Forward  Layihəsindən maliyyə vəsaitinin ayrılması təsdiq olunsun.
 
İclasın sonunda "Qarabağ” klubuna UEFA Avropa Konfrans Liqasında play-off mərhələsinə vəsiqə qazanması münasibətilə AFFA-nın İcraiyyə Komitəsinin adından təbrik ünvanlanıb.

OXŞAR XƏBƏRLƏR

Rusiya səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az bildirir ki, bu barədə “Bild” nəşri mə...

"Bununla bağlı bizdə yanlış təsəvvür var" – Elm və təhsil naziri

“Məktəb psixoloqları ilə bağlı yanlış təsəvvür var".   Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün "Mək...

Arteta "Arsenal"ın məğlubiyyətini ŞƏRH ETDİ: "14 ildir ki..." 

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının Çempionlar Liqasındakı məğlubiyyətini şərh edib.   Sfera.az xəbər verir ki, mütəxəssis k...

Zaxarova Ermənistan-ABŞ-Aİ görüşü barədə: “İrəvandan cavab və təkzib gözləyirik”

“Mətbuatda ABŞ və Avropa İttifaqı (Aİ) ilə “hərbi-siyasi razılaşmalar” haqqında məlumat dərc edildikdən sonra Rusiya Ermənistandan aydın cavab...

MDB-də ən yüksək pensiya yaşı Azərbaycandadır - BAİ

MDB ölkələri arasında ən yüksək pensiya yaşı Azərbaycandadır.  Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Bakı Araşdırmalar İnstitutu (BAİ) açıql...

Baş prokuror Çinə SƏFƏR ETDİ - FOTO

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında iştirak etmək üçün Ç...