AFFA - Futbol İctimaiyyəti Həmkarlar İttifaqı təsis olunub

AFFA - Futbol İctimaiyyəti Həmkarlar İttifaqı təsis olunub
 

AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının (AFİHİ) təsis konfransı keçirilib.

Sfera.az bildirir ki,  yığıncaqda qurumun tərkibi ilə bağlı müzakirələr keçirilib və səsvermə ilə ittifaqın rəhbərliyi müəyyənləşib.

Futbol veteranı, tanınmış futbolçu və məşqçi Nazim Süleymanov AFİHİ-nin sədri seçilib. Seçkilərə əsasən, futbol veteranı, keçmiş oyunçu və məşqçi Novruz Əzimov ittifaqın katibi olub.

 

AHİFİ-nin təftiş komissiyasının da tərkibi də bəlli olub. Komissiyada veteranlar - Əhmədağa Cabbarov, Cavanşir Novruzov və Səfər Əhədov yer alıblar.

İttifaqın İcraiyyə Komitəsinə seçkilər də baş tutub. Nazim Süleymanov, Səmədağa Şıxlarov, Novruz Əzimov, Əfqan Talıbov, Novil İsmayılov, Naib Abdulla, Asəf Namazov, Anar Xanlarov, Boris Xetaqurov, Babək Alxasov və Orucəli Durmuşov İcraiyyə Komitəsinin üzvü seçilib.

Tədbirdə AFİHİ-nin Nizamnaməsi təsdiqlənib.

Yığıncaqda çıxış edənlər təşkilatın yaradılmasını AFFA-da belə qurum olmamağı ilə əlaqələndiriblər. Yeni yaradılan qurumun AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqı adlanacağı açıqlanıb.

N. Süleymanov qurumun yaradılmasının məqsədini və görüləcək işlər barədə danışıb: "Futbolun bu günü, həmçinin, gələcək nəsil üçün çalışan insanlarıq. Azərbaycan futbolunun durumu üçün bir araya gəlmişik. Məqsədimiz birgə çalışıb, Azərbaycan futbolunda pozulan haqq və hüquqları bərpa etməkdir. Gəncə, Sumqayıt və digər rayonları ayırmırıq. Hər biri Azərbaycanın bölgəsidir, Bakıdan kənarda da futbol inkişaf etməlidir. İnanıram ki, gələcəkdə üzvlərimizin sayı daha da artacaq. Bölgələrdə iclaslar keçirib, orada da katiblər seçəcəyik”.

İclasda iştirak edən xalq artisti Ağadadaş Ağayev isə Azərbaycan futbolunun hazırda utancverici olduğunu deyib. O vurğulayıb ki, futbolumuzun musiqimizin gününə düşməsinə imkan verilməməlidir: "Futbolumuzu ürəkağrıdan vəziyyətdən çıxarmalıyıq. Bununla bağlı lazımı yerlərdə də sözümü demişəm. Hətta AFFA prezidenti Rövnəq Abdullayevlə də bu barədə danışmışam”.

Tədbirdə çıxış edənlər Azərbaycan futbolunun çətin vəziyyətdən çıxarmaq üçün lazımı addımları atacaqlarını qeyd ediblər. Bildirilib ki, Slovakiya və digər yığmalara biabırçı məğlubiyyət üçün əcnəbi məşqçiyə və milliləşdirilmiş futbolçuya heç bir ehtiyac yoxdur. Əgər belədirsə, azərbaycanlılar oynayıb təcrübə toplasınlar.

Sonda qurumun işi ilə bağlı videoçarx nümayiş olunub.



OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...