AFFA Azərbaycan millisi üçün baş məşqçi tapdı

AFFA Azərbaycan millisi üçün baş məşqçi tapdı
 
Azərbaycan millisinə baş məşqçi axtarışında olan AFFA yeni çalışdırıcının kimliyini müəyyənləşdirib.

Sfera.az  apasport.az-a istinadla xəbər verir ki, assosiasiya rəhbərliyi namizədlərdən imtina edərək sabiq çalışdırıcı Robert Prosineçki ilə anlaşıb.

Türkiyə mətbuatı "Kayserispor"un baş məşqçisinin mövsüm bitdikdən sonra yığmamızın sükanı arxasına keçəcəyini iddia edib. Bildirilir ki, Kayseri klubunun maddi cəhətdən durumunun yaxşı olmaması xorvatiyalı mütəxəssisin ayrılmaq qərarını şərtləndirib.

Prosineçki hazırkı durumda "Kayserispor"la uğur qazana bilməyəcəyini başa düşür. Həmçinin maliyyə problemi ilə üzləşən Super Liqa təmsilçisi də onun gedişinə mane olmayacaq.

Hələ ötən ilin oktyabrında Prosineçki ilə ilk təması quran AFFA rəhbərliyinin budəfəki təklifi çalışdırıcının ürəyincə olub. 51 yaşlı mütəxəssis Türkiyədə mövsüm bitdikdən sonra Bakıya gəlməyi müsbət cavablandırıb.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. Nikola Yurçeviçin istefasından sonra boş qalan posta 6 namizədin - Canni De Byazi, Abdullah Avcı, Ərsun Yanal, Luici Di Byaco, Çezare Prandelli və Eusebio Di Françeskonun adı hallanırdı.

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...