Afətdən Əbülfəs Qarayevə cavab: \"Efirə lüt çıxanlar...\"

Afətdən Əbülfəs Qarayevə cavab: \
Hörmətli nazir, əvvəla çox sağ olun ki, 18 illik fəaliyyətim dövründə bu mahnımla bağlı reaksiya verdiniz. Deməli, mahnım sizlərin səviyyəsinə qalxıb. Bu mənim üçün bir uğurdur”.

Sfera.az xəbər verir ki, bunu müğənni Afət Fərmanqızı  mədəniyyət naziri Əbülfəs Qarayevin  çıxışına fikir bildirərkən deyib. O qeyd edib ki, ölkədə vətəndaşlar üçün hər bir sahədə sözünü deməyə imkan yaradılıb:

"Mən də Azərbaycan qanunvericiliyinə uyğun, Hindistanla dostluq əlaqələrimizi nəzərə alaraq,  musiqidə sintez etdim və xalqın sevgisinə layiq görüldüm. Xalqın mənə və sözügedən mahnıma olan sevgisinin qarşısını almaq mümkün deyil.  O ki, qaldı efir məsələsinə, efirlər məni xalqın istəyi ilə dəvət edirlər. Etməsinlər, getməyim”.

Müğənni daha sonra belə davam edib: 

"Efirlərdə lüt müğənnilərə qadağa qoyulsa, daha yaxşı olar, nəinki, Nəsiminin qəzəlinə oxuyana. Nazir, Nəsiminin adı bazara veriləndə niyə narahat olmadınız? Nəsimi nə alverçisi olmuşdu ki, adını bazara veriblər və siz buna biganə qalmısınız? Xəqaninin heykəli götürülüb yerində Xəqani ticarət mərkəzi tikiləndə niyə biganə qaldınız?”.

Qeyd edək ki, dünən Mədəniyyət naziri Əbülfəs Qarayev müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlini ifa etməsinə münasibət bildirib. Və deyib ki, bu işlərdə çərçivə müəyyən edilməli, ictimai nəzarət olmalıdır: "Azərbaycan televiziyalarında senzura yoxdur, biz qadağa qoya bilmərik. Mən rəsmi məktub yaza bilərəm ki, bu kimi nümunələrin yayılmasına nəzarət etsinlər. Amma sosial şəbəkələrə necə qadağa qoymaq olar. Yenə də deyirəm bu birbaşa insanların daxili mədəniyyətindən asılıdır”.

OXŞAR XƏBƏRLƏR