Aeroport yolunda baş verən ağır qəza ilə bağlı cinayət işi açıldı

Aeroport yolunda baş verən ağır qəza ilə bağlı cinayət işi açıldı
Aeroport yolunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Sfera.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.


Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.


Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.


Belə ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı "Mercedes” markalı yük avtomobili "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.




 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Aeroport yolunda baş verən ağır qəza ilə bağlı cinayət işi açıldı

Aeroport yolunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb. Sfera.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məl...

Azərbaycanda gənc jurnalist koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanlı jurnalist, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kadefrasının magistrantı Nurlan Ağa Nurlan Ağa vəfat edib.   Bu haqda Sfera.a...

YPX avtomobili piyadanı vuraraq ÖLDÜRDÜ

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib. Sfera.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. 1950-ci il təvəllüdlü A...

Azərbaycanda 13 və 15 yaşlı qızların ölümünün TƏFƏRRÜATLARI

Ötən gün Ağdaşda 2 yeniyetmə qızın su kanalında boğularaq ölməsi müzakirələrə səbəb olub. Yaxınları onların intihar etməsinə inanmır. Sfera.az xəbər verir...

Gəncədə küçədə tapılan körpəylə bağlı YENİ XƏBƏR VAR - FOTO

10:14   Gəncədə küçədə körpə qız uşağı tapılıb.    Sfera.az-ın məlumatına görə, uşaq vətəndaşlar tərəfindən Gəncə şəhər A.Ziyatxanov küçəsi...

Karantin qaydalarını pozmağa şərait yaradan vəzifəli şəxsə CİNAYƏT İŞİ AÇILDI

Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb. Qurumun Mətbuat xidmətindən Sfera.az-a daxil olan...