Prezident nazir və nazir müavininə yeni vəzifə verdi - SƏRƏNCAM

Prezident nazir və nazir müavininə yeni vəzifə verdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, Sərəncama əsasən "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Müşahidə Şurasının üzvləri
Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini
Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini
Fikrət Şirinov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri.

Dövlət başçısı "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının da tərkibini təsdiq edib:

Müşahidə Şurasının sədri
Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri
Məmməd Abbasbəyli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini
Samir Məmmədov – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri
Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini
Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.

Prezident başqa bir sərəncamla "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibini təsdiqləyib:

Müşahidə Şurasının sədri
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Müşahidə Şurasının üzvləri
Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azər Mursaqulov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru
Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri.

İlham Əliyev həmçinin Bakı Nəqliyyat Agentliyinə məxsus "BakuBus” MMC-nin Müşahidə Şurasının tərkibini təsdiq edib.

Müşahidə Şurasının sədri
Elnur Əliyev – iqtisadiyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri
Şahin Babayev – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri
Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktoru.
 

OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...