\"ADY Konteyner\" təmassız yükdaşımaya başlayır

\

Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi "ADY Konteyner" MMC koronavirus pandemiyası ilə mübarizə çərçivəsində yükdaşımada təmassız keçidi təmin etmək üçün bu gündən fider tipli Balkan gəmisinin istifadəsinə başlayır.

"Report" xəbər verir ki, bu barədə şirkətin direktoru Natiq Cəfərov məlumat verib.

Onun sözlərinə görə, 120 TEU tutumu olan bu gəmi ilə Türkiyədən Azərbaycan ərazisi ilə Orta Asiya ölkələrinə konteyner yükləri daşınacaq: "Türkmənistan, Qırğızıstan, Özbəkistan və Əfqanıstan üzərindən yükdaşımaların həyata keçirilməsi üçün nəzərdə tutulmuş fider tipli Balkan gəmisi həftədə bir dəfə fəaliyyət göstərəcək. Daşınan yükün həcmi artarsa, bu gəminin həftədə iki dəfə istifadəsi nəzərdə tutulur. Prosesə "ADY Konteyner"lə yanaşı, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Türkiyənin logistika mərkəzi dəstək verir".

N.Cəfərov əlavə edib ki, növbəti mərhələdə Türkiyənin İstanbul şəhərinin Dərinci limanından, eləcə də Mersin limanından qatarlar Bakı Limanına gətirilərək gəmilərə yüklənəcək, onlar Orta Asiyaya daşınacaq. 

Direktor fider tipli Balkan gəmisinin post koronavirus dövründə də fəaliyyət göstərməsi imkanlarına münasibət bildirib: "Hələ ki, gəmidən istifadə olunması  pandemiyanın yükdaşıma sahəsinə mənfi təsirinin azaldılması istiqamətində görülmüş tədbir sayılır. Konteynerləşdirmə prosesi davam etdikcə gəminin istifadəsi daimi xidmət xarakteri daşıyacaq".


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...