“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır
 

"Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi - "ADY Konteyner” MMC Avropadakı əlaqələrini genişləndirir.

Bu barədə "Report”a şirkətdən bildirilib.

Məlumata görə, şirkətin nümayəndəsi Rəşad Məcidov "Rail Cargo Macarıstan” şirkətinin direktoru Marta Gabor və həmin şirkətin Cənub-Şərqi Avropa üzrə təmsilçisi Daniel Dejo ilə görüşüb. 

Görüşdə Mərkəzi və Şərqi Avropa ilə Azərbaycan və Mərkəzi Asiya arasında konteynerlə yükdaşımaların birgə təşkil olunması məsələləri müzakirə olunub.

Qeyd edilib ki, görüş zamanı tərəflər digər məsələlərlə yanaşı, potensial yük bazasının müəyyən olunması, yüklər haqqında statistik məlumatların toplanaraq mübadilə edilməsi, tərəfdaşlığın hüquqi bazasının yaradılması istiqamətində birgə tədbirləri müzakirə ediblər. Müqabil tərəf Azərbaycanın və Azərbaycan ərazisindən tranzit olaraq Orta Asiya regionunun "Rail Cargo Macarıstan” şirkəti üçün vacib region olduğunu vurğulayıb.

Görüşdə ,həmçinin Macarıstan Dəmir Yolu Assosiasiyasının direktoru Hodosi Lacos da iştirak edib.


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...