ADY ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirir

ADY ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirir
 

Azərbaycan Dəmir Yolları (ADY) son illər ətraf mühitin qorunması istiqamətində fəaliyyətini daha da genişləndirib. 5 iyun - Ümumdünya Ətraf Mühit Günü ilə bağlı ADY-nin yaydığı məlumatda bildirilir ki, hazırda ölkədə yük və sərnişin daşımalarının 90 faizi elektrik enerjisi ilə işləyən lokomotiv və qatarlar vasitəsi ilə həyata keçirilir ki, bu da havanın təmiz qalmasına əhəmiyyətli dərəcədə müsbət təsir gostərir.

Bu barədə Sfera.az  ADY-yə istinadən xəbər verir.

 

Son dövrlər ADY dəmir yolu xətlərində modernizasiya işlərini aparmaqla yanaşı, ekologiya ilə dost olan lokomotiv və vaqon parkının zənginləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirib. Buna misal olaraq Fransanın "Alstom” şirkətindən alınmış 10 ədəd elektrovozu göstərmək olar. Hazırda bu lokomotivlər yük və sərnişin daşımalarında geniş istifadə olunur.

Azərbaycan Dəmir Yolları son ildə İsveçrənin "Stadler Rail” şirkətinin istehsalı olan ikimərtəbəli elektrik qatarları alaraq, onları Abşeron dairəvi dəmir yolu xətti və Bakı-Gəncə istiqamətində istismara verib. Bu qatarlarda quraşdırılmış müasir avadanlıq və sistemlər sərnişinlərə komfort və təhlükəsizliyin zövqünü yaşatmaqla yanaşı, enerji sərfiyyatının azaldılmasına da xidmət edir.

Mütəxəssislərin hesablamalarına görə, bir "Stadler” qatarı 15 avtobus və ya 96 minik avtomobilin sərnişinini daşımaq iqtidarındadır. Digər nəqliyyat vasitələri atmosferi karbon qazı ilə çirkləndirdiyi halda, bu elektrik qatarlarının havaya CO2 tullantısı sıfıra bərabərdir. Bununla yanaşı, "Stadler”-lərin hərəkət etdiyi xətlərdə yeni calaqsız yol infrastrukturu yaradılmışdır ki, bu da səs çirklənməsinin qarşısını almağa imkan verib.

Qeyd edək ki, son dörd ildə Azərbaycan Dəmir Yollarına aid ərazilərdə 43 minə yaxın ağac, 140 hektar ərazidə kol bitkiləri əkilib. Bu il yaranmasının 140-cı ilini qeyd edən "Azərbaycan Dəmir Yolları” QSC təsərrüfatlarında ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, eləcə də ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirməyi hədəfləyir.



OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...