Adnan Oktarın cinayət işində şok olay: 11 yaşlı qızla evlənmək istəyirmiş

Adnan Oktarın cinayət işində şok olay: 11 yaşlı qızla evlənmək istəyirmiş
Türkiyədə həbsdə olan Adnan Oktarın cinayət işi bağlı ilginc məlumatlar yayılıb.

Barəsində 30 ayrı maddə üzrə cinayət işi açılan Adnan Oktarın 11 yaşlı qızcığazla evlənmək istəyidiyi üzə çıxıb. 
 

Türkiyə mətbuatında gedən məlumata görə, Adnan Oktarla bağlı hazırlanan iddianamədə saxta dindarın azyaşlını istismar niyyəti ortaya çıxıb. Belə ki, anası tərəfindən 2014-cü ildə Adnan Oktarla tanış edilən 11 yaşlı adı açıqlanmayan qızcığaz atasının müdaxiləsindən sonra xilas olmağı bacarıb. 

"Adnan Oktar əlimi ovucuna alardı, sonra üzümü, boynumu və çiyinlərimi ovuşdurardı. Nəbzimi biləyimdən və boynumdan ölçər, bədənimin çox gözəl olduğunu, makyajın mənə çox yaraşdığını deyirdi. O, oturarkən ayaqlarımı açmağımı istəyirdi. Mənimlə 13 yaşından sonra birgə yaşacağını söyləyirdi. Çengelköydəki villada olarkən orada məndən başqa qızlar da var idi. Onların arasında yaşca ən balaca mən idim. Hərdən mənə yaxınlaşıb qulağıma deyirdi ki, mən Mehdiyəm, yoxsa yox? Məni istəyirsənmi, yoxsa istəmirsən? Mənimlə yaşamaq istəyirsənmi, yoxsa istəmirsən? Bir gün atama zəng edərək bildirdim ki, anam məni "A9" kanalının sahibi Adnan Oktara, yaşlı bir adama ərə vermək istəyir, məni xilas et",-deyə azyalının istintaqa verdiyi ifadələrdə qeyd olunur. 

Xatırladaq ki, Adnan Oktara qarşı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən təxminən 10 ay əvvəl əməliyyat təşkil olunmuşdu. Əməliyyat zamanı Adnan Oktar da daxil olmaqla, 175 nəfər həbs edilmişdi. Ona qarşı cinayət törətmək məqsədilə təşkilat qurulması, uşaqların cinsi istismarı, cinsi təcavüz, yetkilik yaşına çatmayanlala cinsi əlaqə, uşaqların qaçırılması və saxlanılması, şantaj, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismarı kimi 30 ayrı maddə üzrə cinayət işi açılıb. 
 
///baku.ws

OXŞAR XƏBƏRLƏR