Adil Qeybulladan ŞOK XƏBƏRDARLIQ: Yoluxma daha da artacaq, yalnız BİR YOLU VAR

Adil Qeybulladan ŞOK XƏBƏRDARLIQ: Yoluxma daha da artacaq, yalnız BİR YOLU VAR
 

Aylardır karantin rejimində yaşasaq da, yenidən sərtləşdirilmiş karantin rejiminə qayıtsaq da, virus ölkəmizdə böyük sürətlə yayılır. Yoluxanların sayı nəinki azalır, əksinə artan xətt üzrə davam edir. Bəli, artıq hər kəsin yaxınında, tanışında yoluxan və ölənlər vardır. Sonuncu sərtləşdirilmiş karantin rejiminin tətbiqindən sonra insanların kütləvi şəkildə maska taxdığı müşahidə olunur, amma yoluxma azalmır. Səbəb nədir?

Sfera.az  xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla yoluxmanın sürətlə artmasını belə izah etdi:

"Birdəfəlik yadınızda saxlayın, bu xəstəlik insandan insana keçir. Maska taxılsa, sosial məsafə və əllərin tez-tez dezinfeksiyası gözənilsə, yoluxmanın sayını azaltmaq olar. İnsanlar bir-birini qoruya bilər. Təəssüf ki, insanlar bir müddət buna riayət etmədi.

Vətəndaşları yetərincə təlimatlandırmadan karantin qaydalarının yumşaldılması böyük səhv oldu. İnsanları arxayınlaşdırmaq yox, onlara virusla birgə yaşamağı öyrətmək lazım idi.

Bu yanlışlığın nəticəsi olaraq karantin rejimi yumşaldıqdan sonra insanların arxayınlaşması yoluxmanın artmasına şərait yaratdı. İnsanlar maskasız, heç bir sosial məsafə gözləmədən və dezinfeksiya qaydalarına əməl etmədən gəzdilər. Bu gün artıq biz bunun nəticələrini görürük. Biz artıq pik dövrünə doğru gedirik. Yoluxma sayının artım tendensiyası hələ bir müddət davam edəcək".

Professor bu bəladan yan keçməyin yolunu ancaq və ancaq qorunmaqda görür:

"Vətəndaşlar gigiyenik qaydalara ciddi əməl etməsələr, heç bir tədbirin xeyri olmayacaq. Hökumətin qərarlarını bir kənara qoyaq, insanlar da özünü qorumalıdır. Nə qədər ki insanlar buna əməl etməyəcək, problem daha da artacaq. Yalnız bir yol var: insanlar özünü qorumalıdır, vəssalam! Başqa variant yoxdur".

A.Qeybulla deyir ki, yoluxanların sayının çoxalması gözlənildiyindən bundan sonrakı mərhələdə ambulator xidmət düzgün təşkil olunmalıdır.

OXŞAR XƏBƏRLƏR

Həbs xəbəri yayılan Abbas Abbasovun oğlu danışdı

 Bu gün bəzi xəbər saytlarında baş nazirin sabiq birinci müavini Abbas Abbasovla bağlı xəbərlər yayılıb. İddia olunur ki, Abbas Abbasov da Eldar Həsən...

Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi

 Səbail Rayon Məhkəməsində Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barəsində həbs qətimkan tədb...

Nazirliyin yüksək vəzifəli məmuru işdən çıxarıldı

 Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi - baş icra məmuru Nurəddin Mustafayev vəzifəsindən azad edilib. Sfera.az xəbər verir ki, N. Mustafayev ö...

Elmar Məmmədyarovdan ölkədən çıxışı ilə bağlı AÇIQLAMA

  Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb. Unikal.org-a açıqlama verə...

ÜST məktəbləri təhlükə adlandırdı – Dərslər başlamayacaq?

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni dalğasının yayıla biləcəyi yerləri açıqlayıb. Bu barədə ÜST-ün proqram direktoru Maykl Rayan danışıb. O bildiri...

Nazirlikdən 190 manatla bağlı açıqlama: Nə vaxt veriləcək?

  Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ yaranan 278 min şəxsin siyahı...