Adil Əliyev od püskürdü: Saxta idman qurumları incəsənətlə məşğuldur

Adil Əliyev od püskürdü: Saxta idman qurumları incəsənətlə məşğuldur

Saxta qurumlara qarşı mübarizə aparırıq. Bizim federasiya ilə əməkdaşlıq edən heç bir idmançı saxta yarışlara qatılmır. Federasiyamızda həvəskar və peşəkar kikboksinq var. Amma həvəskar kikboksinqdə heç bir halda saxta yarışlarda iştirak etmirik.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.

Millət vəkili bəzi idmançıların saxta qurumlarla əməkdaşlıq etməsindən şikayətlənib:

 

"Biz həmişə Beynəlxalq Olimpiya komitəsinin tanıdığı WAKO-nun turnirlərinə qatılırıq. Elə idmançı var, deyir, filan şəhərdə dünya və ya Avropa çempionu olmuşam. Halbuki araşdıranda məlum olur ki, heç o şəhərin tarixində dünya çempionatı keçirilməyib.

Saxta insanların qarşısını almağı tək bacarmırıq. İdmançı yarışda iştirak edəndə mətbuat orqanı federasiyadan soruşmalıdır. Biz kimin əsl dünya və Avropa çempionu olduğunu bilirik.

Bizim başqa idman növləri kimi böyük sponsorumuz yoxdur. İdmançıları WAKO-nun il ərzində 22 yarışından üçünə göndərə bilirik. Maksimum 15 idmançı ilə təmsil olunmağı bacarırıq. Çünki maliyyəmiz yetmir.

Saxta federasiyaların adlarını çəkmək istəmirəm. O saxtakarların klubları belə yoxdur. Azərbaycan Kikboksinq Federasiyasının isə 100-dən çox klubu var. Hətta məşqçi tapmırıq ki, o klubları dolduraq.

Onlar İncəsənət Universitetini bitiriblər, idmanı yox, incəsənəti yaxşı bacarırlar. İstəyirəm ki, media da əsl çempionlarımızı işıqlandırsınlar. Bu məsələdə medianın da üzərinə çox yük düşür”.


OXŞAR XƏBƏRLƏR

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...