Adıgözəl Məmmədovdan dələduz YAP-çı namizədlə bağlı etiraz

Adıgözəl Məmmədovdan dələduz YAP-çı namizədlə bağlı etiraz
2019-cu il Azərbaycan şairi Nəsimi ili çərçivəsində "Şirvanşahlar Azərbaycan dövlətçiliyinin gen yaddaşıdır” Adıgözəl Məmmədoovun kitabı  işıq üzü görmüşdür.
 
Adıgözəl Məmmədovun 12-dən çox tədqiqat əsəri və kitabları əsasında 4 film çəkilib. Onu da qeyd etmək yerinə düşər ki, 2014-cü ildə Adıgözəl Məmmədov Prezident mükafatı almış, 2017-ci ildə kitabları ABŞ-da 101 İndependence Avenue, S.E.Washington, D.C. 205404830 ünvanında yerləşən Konqres Kitabxanasına və təhlili "Cambridge Scholars Publishing” nəşriyyatında nəşr olunan 3 cildlik ensiklopediyaya daxil edilmişdir.
 
Sfera.az Adıgözəl Məmmədovun yeni kitabı ilə bağlı müəllifin müsahibəsini təqdim edir.
 
- Adıgözəl müəllim, yeni tədqiqat əsəriniz çox maraqlıdır, belə bir kitaba ehtiyac nədən yaranmışdı və bu barədə bizə nə deyə bilərsiniz?
 
Təəssüflər olsun ki, bir çox yazarlarımızın bizə inandırdığı və həqiqətləri əks etdirməyən təxəyyül yalanlarından yaxa qurtarmaq üçün bu gün ciddi tədqiqatçılarımız tarixi keçmişimizlə bağlı faktları zərrə-zərrə toplayıb, ona yeni baxış nöqtəsini yaradırlar.
 
- Şirvanşahlar dövlətinin xalqımızın inkişafına nə kimi təsiri olub?
 
Kitabda söhbət Qafqaz Albaniyasında vahid hakimiyyətin süqutundan sonra Cənubi Qafqazda meydana gəlmiş, orta əsrlərin oturuşmuş dövlətlərindən sayılan Şirvanşahlar dövlətindən gedir.
Bu suallara cavab tapmağın çətinliyi təkcə Şirvanşahlar dövlətinin qədimliyi ilə bağlı deyil. Həm də bu çətinlik onun tarixində tamamilə fərqli mədəniyyətlərin və sülalələrin çulğalaşması ilə izah oluna bilər. İkinci bir tərəfdən rus yazarı Vladimir Fyodoroviç Minorskinin ingilis dilində olan uydurma Şirvanşahlar tarixi kitabında, bu ərazilərdə ermənilərin olmasını qeyd etməsi Şirvanşahlar tariximizə ən böyük vurulmuş zərbədir. Təsadüfü deyil ki, V.F. Minorskinin bu yalanla dolu Şirvan tarixini tez bir vaxtda erməni tarixçisi  Q.Q.Mikaelyan rus dilinə tərcümə edərək, sovet  tarixşunaslığında dövriyəyə buraxdı.
 
Bu və digər suallara cavab vermək üçün kitabın içərisində ilk dəfə Mirzə Kazım bəyin Sank-Peterburqda 1851-ci ildə nəşr etdirdiyi "Dərbəndnamə”si  (Dərbənd qədim Şirvan şəhəridir və kitab Şirvan tarixi ilə bağlıdır) doğma dilimizə tərcümə edilərək Azərbaycan oxucusuna təqdim edilir. Kitabımda təqdim olunan Mirzə Kazım bəyin tərcümə əsərində isə bir dənə də ermənilərlə bağlı bir kəlməyə də rast gələ bilməzsiniz. Çünki o dövrdə Şirvan-Azərbaycan torpaqlarında bir dənə nə erməni, nə də erməni icması yaşamayıb.
 
Eyni zamanda da, son zamanlar qədim Şirvan-Azərbaycan dövlətçilik tarixinin öz tarixi keçmişi kimi göstərmək istəyən qonşularımızın (iran və gürcü) iddialarına son qoymaq üçün bu kitab  xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan kitabın ilk olaraq öz doğma dilimizdə olmasını daha vacib saydım. Amma qonşularımızın əsassız iddialarına tutarlı cavab olacağı və Azərbaycan milli  dövlətçiliyinin daha qədim olmasının sübut edilməsi baxımından, bu kitabıın ingilis dilinə tərcümə edilərək yayılmasıda nəzərdə tutulur.
          
 - Adıgözəl müəllim, bildiyiniz kimi bu il fevralın 9-da Milli məclisə növbədənkənar seçkilər olacaq. Bəlkə də mövzudan bir az kənar sual olacaq, sizin doğulub-böyüdünüz 64-saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizəd Ramin Məmmədovla bağlı şok məlumatlar yayılıb. Editor.az-ın redaksiyasına daxil olan məlumata görə, hazırda Xəzər rayon Məhkəməsində R.Məmmədovla bağlı 100 min manatlıq dələduzluq işi ilə əlaqədar məhkəmə prosesi gedir. İddialara görə, Ramin Məmmədov vətəndaşlardan birindən onu yüksək vəzifəyə təyin etdirəcəyi vədi ilə 100 min manat məbləğində pul alıb. İş sonradan alınmadağından vətəndaş məhkəməyə müraciət etməli olub. 
 
Azərbaycan milli dövlətçiliyinin ilk əsasını qoyan "Şirvanşah Məzdəkilər" dövlətinin ilk paytaxtı, 1050 illik tarixi olan qədim Cavad şəhərinin və bu qədim şəhərin müasirləri olan Sabirabad rayonunun əhalisindən bir ziyalı tapılmadı ki, bu adamı milli məfkurənin daşıyıcısı olan bu camaata sırıyırsınız?!
Nadir şah Əfşarın, istərsə də Ağa Məhəmməd şah Qacarın öz siyasi hakimiyyətinin bərqərar olması ilə bağlı Xalq Qurultayını məhz bu şəhərdə çağırmaları heç də təsadüfi deyildi.
 
Azərbaycan milli dövlətçiliyinin genoloji yaddaşının çulğalaşdığı bu məkanda, hakimiyyətə gəlmiş yeni liderlərin legitimliyinin tanınması baxımından bu şəhərdə xalq qurultayının  keçirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Bu eyni zamanda da yeni liderlərin Azərbaycan dövlətçiliyinin Şirvanşahlar - Ağqoyunlu-Səfəvi siyasi elitasının varisləri tərəfindən həm də tanınması demək idi.
 
Ona görə də bu həsas əhalinin hissiyatı ilə oynamayaraq, sözü gedən şəxsin namizədliyini irəli sürən zaman, bu insan haqqında ölkə başçısına doğru-dürüst məlumat vermisizinizmi?



 
Enter.News 

OXŞAR XƏBƏRLƏR

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...