“Adidas” ermənilərə görə “Qarabağ”la əməkdaşlıqdan imtina edib? – RƏSMİ AÇIQLAMA

“Adidas” ermənilərə görə “Qarabağ”la əməkdaşlıqdan imtina edib? – RƏSMİ AÇIQLAMA
Rusiyada bəzi erməni jurnalistlər, eləcə də Ermənistan KİV-ləri "Adidas” şirkətinin "Qarabağ” klubu ilə əməkdaşlığı birtərəfli qaydada dayandırdığına dair məlumatlar yayıb. Buna səbəb kimi Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun sosial şəbəkədə ermənilərlə bağlı işlətdiyi fikirlər səbəb göstərilib.

Sfera.az bildirir ki, məsələ ilə əlaqədar "Qarabağ” klubunun direktoru Əmrah Çelikel Qol.az saytına açıqlama verib. O bildirib ki, bununla əlaqədar onlar "Adidas”dan hər hansı rəsmi məktub almayıblar:

"Ona görə də olmayan bir şeyə münasibət bildirməyimiz doğru olmazdı. Amma onu qeyd etməyi vacib bilirəm ki, nə bizim "Adidas”dan, nə də "Adidas”ın bizdən asılacağı var. Yəni mövsümün əvvəli biz formamızı "Adidas”dan da, başqa bir şirkətdən də ala bilərik. Biz onlarla 3-5 illik deyil, 1 illik müqavilə bağlayırıq və buna uyğun olaraq komanda üçün formalarımızı alırıq. Yəni onlar bizim sponsorumuz deyil. Bizim bir-birimizlə uzunmüddətli bağlılığımız yoxdur ki, hansısa birimiz birtərəfli, yaxud qarşılıqlı şəkildə əməkdaşlığı dayandıraq. Ona görə də "Adidas” o sözləri deyə bilməz. Çünki gələn illə bağlı bizim əməkdaşlığımız yoxdur ki, "Adidas” "Qarabağ”la işləmirik desin”.

OXŞAR XƏBƏRLƏR