Adı millimizlə hallanan baş məşqçi məşhur seriala çəkildi - Video

Adı millimizlə hallanan baş məşqçi məşhur seriala çəkildi - Video

Türkiyəli tanınmış futbol mütəxəssisi Yılmaz Vural daha bir maraqlı addımı ilə diqqət çəkib.

Sfera.az xəbər verir ki, 67 yaşlı çalışdırıcı məşhur serialda çəkilib. O, "TRT1” kanalında yayımlanan "Seksenler”də kameralar önünə keçib. Y. Vural əvvəllər də bir neçə ekran işində yer alıb.

Qeyd edək ki, 2014-cü ildə Berti Foqtsun futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postundan getməsindən sonra Y.Vuralın bu vəzifəyə gətiriləcəyi deyilirdi. Xatırladaq ki, "qurtarıcı” ləqəbli çalışdırıcının son iş yeri "Adanadəmirspor” klubu olub. Mütəxəssis bundan əvvəl də bir neçə ekran əsərində rol alıb. (yeni sabah)


 


OXŞAR XƏBƏRLƏR