No Image
No Image

“Adi maskalar qorumur, həm də eynək taxmalıyıq” – Yeni növ virusla bağlı QORXUNC AÇIQLAMA

“Adi maskalar qorumur, həm də eynək taxmalıyıq” – Yeni növ virusla bağlı QORXUNC AÇIQLAMA
İtaliyalı mütəxəsssislər koronavirusun yeni növü olan B-117 virusuna qarşı adi tibbi masakaların effektiv olmayacağını bildirib.

Mütəxəssislər insanların yeni növ virusa qarşı FFP1 və FFP2 tipli maskalardan istifadəsinin zəruri olduğunu qeyd edib.

Yeni növ virusun Azərbaycana gəlməsi məsələsi isə şübhə doğurmayan məsələdir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı da məlumat vermişdi.

Maraqlıdır, hazırda istifadə etdiyimiz maskalardan yaxın aylarda imtina etməli olacağıq?
 
Məsələ ilə bağlı Sfera.az-a danışan Türkiyənin Biotexnologiya İnstitunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov bundan sonrakı mərhələdə maska və eynəkdən istifadəyə xüsusi diqqət verilməsinin zəruliyini qeyd edib:

"Mutasiyadan alı olmayaraq çalışmalıyıq ki, daha yaxşı maskalardan istifadə edək. Mutasiya əslində virusun sonlanması ilə nəticələnməlidir, amma çox qəribədir ki, vəziyyət daha təhlükəli hal alır. Braziliyada, Cənubi Afrikada olan mutasiyalar xüsusilə daha çox öldürücülüyə malikdir. 
 
Virusun bədənə daxil olması ağız və gözdən olduğu üçün eynəklərdən istifadəyə və maskalara diqqət yetirilməlidir. İndi istifadə edilən adi və tibbi cərrahi maskalar yeni növ virusa qarşı davamlı deyil. Bu baxımdan deyildiyi kimi FFP1, FFP2 və qoruyuculuğu yüksək digər maskalardan istifadə olunsa yaxşıdır".
T.Məmmədov koronavirusa yoluxub sağalan insanların da yeni növ virusa yoluxacağı halda xəstəliyi ağır keçirə biləcəyini qeyd edib:

"Koronavirusdan sağalan insanlar da yeni növ virusa yoluxa bilir. Yəni, bu şəxslər də xəstəliyi ağır keçirə bilər. Bu baxımdan hamılıqla daha təkmilləşdirilmiş formada olan maskalardan istifadə etməliyik. Əlləri isə 20 saniyə ərzində sabunla yumaq mütləqdir. Çünki sabunda olan lipid virusun strukturunu pozur və ona görə də virus məhv olur".
 
Məlumat üçün qeyd edək adi tibbi cərrahi maskalardan fərqli olaraq FFP1 və FFP2 maskalarının qiyməti hazırda 1.90 azn və 2 azn civarındadır.

Sfera.az
Əzizə Zeynal
 
 
 
 
 
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

COVİD-19-a qarşı vaksinin üçüncü dozası da vurulacaq? – Adil Qeybulladan açıqlama

COVİD-19-a qarşı iki dozanın yetərli təsir etməyəcəyini, üçüncü dozaya da ehtiyac olduğu istiqamətində müzakirələr gedir. Mütəxəssislər üçüncü dozanın xüsusil...

Peyvənd olunanlara 100 manat veriləcək? - “Müxtəlif bəhanələr uydururlar”

Bir sıra ölkələr əhalini vaksinasiya prosesinə cəlb etmək üçün müxtəlif həvəsləndirici addımlar atır. Məsələn, ABŞ-ın Qərbi Virciniya ştatında 16-35 yaş aralı...

Azərbaycanda bu şəxslərin vaksinasiyası məcburi olacaq? – “Ciddi karantin tədbirlərinə keçməliyik”

"Say tərkibi çox olan iri təşkilatlarda vaksinasiya tədbiri məcburi olmalıdır”. Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda əhalinin peyvəndlənmə ...

Koronavirusa yoluxsanız, bunları qəti şəkildə etməyin – YANLIŞLAR SİYAHISI

"Son günlər apardığım müşahidələr məni dəhşətə  gətirir. İnsanlar dərin ruhi sarsıntı və psixi böhran içərisində, tükənmiş, üzülmüş və ümidsiz vəziyyətdəd...

Koronavirusun yayılmasının pik nöqtəsi BU VAXT OLACAQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyada koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırıb. &nb...

Vətəndaş bir maskanı günlərlə taxırsa... – Tibbi maskalar pulsuz paylana bilərmi?

"Dövlətin imkanı varsa, maskaları pulsuz paylamalıdır”. Bu sözləri Sfera.az-a açıqlamasında qoruyucu maskaların əhaliyə pulsuz paylanılmasının vacibliyi...