“Adı gizlədilən yüzlərlə öldürülmüş əsgərimiz var” - Erməni fəal

“Adı gizlədilən yüzlərlə öldürülmüş əsgərimiz var” - Erməni fəal
Tanınmış erməni ictimai fəal Aram Gevorqyan Ermənistanın rəsmi qurumlarının gizlətdiyi döyüş itkilərindən daha birini üzə çıxarıb.

Sfera.az xəbər verir ki, o, Artaşes Martirosyan adlı hərbçinin ölən əsgərlər siyahısına çoxsaylı müraciətlərdən sonra daxil edildiyini bildirib:

"Artaşes haqqında 24 yanvarda yazmışdım. Onun adının hələ də ölülər siyahısında olmadığını qeyd etmişdim. Təzəliklə müdafiə ordusu Artaşesin adı olan döyüşlərdə öldürülmüş hərbçilərin yeni siyahısını dərc etdi. Nəhayət, 27 oktyabrda ölən və 29 oktyabrda basdırılan əsgərin üç ay sonra rəsmi siyahılara daxil edilməsinə qərar verdilər. Bilmirəm, bu mənim paylaşımımın nəticəsi idi, ya yox.

Amma bu yeganə hal deyil. Bilmədiyimiz yüzlərlə belə hadisələr var. Bu gün ölən hərbçilərin yaxınları övladlarının adını məqalələrdə görmək, əzizi haqqında oxumaq arzusu ilə yaşayır. Dövlət ondan asılı olan ən kiçik bir şeyi sevmir - öldürülən əsgərin adını, soyadını xidmət siyahılarına daxil etmir. Onlar valideynləri bu təsəllidən məhrum edirlər. Xatırladım ki, Artaşes Martirosyan cəmi 3 ayın əsgəri idi".

OXŞAR XƏBƏRLƏR