Adi çayın yerinə bu çayları için!

Adi çayın yerinə bu çayları için!

Gündəlik içdiyimiz qara çayın bir çox faydalı xüsusiyyətləri var. Lakin bəzən adi çayın yerinə ot çayları içmək də çox yaxşı olardı.

 

Ot çaylarını hazırladıqda müəyyən qaydalara riayət edin:

 

- Çayı axşamdan termosda dəmləyin, növbəti gün için.

- 1 x.q. ot üçün 1 stəkan isti (çox qaynar yox!) su götürülür. Ədviyyatlardan istifadə etdikdə 1 stəkan su üçün çay qaşığının 1/3 hissəsi ədviyyat götürülür.

- Növbəti gün çayı yaxşı süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla 2-3 dəfə için. Çaya bal, limon da əlavə edə bilərsiniz.

 

Sizə ən faydalı ot çaylarını təqdim edirik:

 

- Ürək-damar sistemini möhkəmləndirən çaylar: yemişan, bədrənc (melissa), pişikotu kökləri, nanə.

- Mədə-bağırsaq sistemi üçün ən faydalı çaylar: çobanyastığı, kəklikotu, cirə, nanə, zirə, boymadərən.

- Böyrəklərin sağlamlığını qoruyan çaylar: itburnu, pol-pala, qarğıdalı saçaqları.

- Qaraciyəri möhkəmlənditən çaylar: qanqal

- Təzyiqi aşağı salan çaylar: zirinc, tozağacı yarpaqları, itburnu.

- İmmuniteti möhkəmləndirən çaylar: itburnu, kasnı, çaytikanı, jenşen, zənçəfil kökü, darçın, mixək

- Sakitləşdirici çaylar: pişikotu kökləri, mayaotu toxumu, bədrənc (melissa).

 

 

Sağlamolun.az //

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR