Adətən uşaqlarda görünən \"öpüş xəstəliyi\" haqda - Nə etməli?

Adətən uşaqlarda görünən \

Floridadan olan Ariana Rey Delf "Epşteyn-Barr" virusu nəticəsində yaranan infeksion mononukleoza görə 17 yaşında dünyasını dəyişib. Yoluxma adətən tüpürcək yolu ilə yoluxduğundan bu xəstəliyə "öpüş xəstəliyi" də deyilir.

Sfera.az oxu.az-a istinadən bildirir ki, qız əvvəlcə baş ağrısı və ciddi yorğunluqdan şikayət edib. Sonra onda üç həftə ərzində qrip əlamətləri görünüb. Həmin vaxt tibb işçiləri ona diaqnoz qoya bilməyiblər.

Amerikalı qızda qusma halları başlayanda isə xəstəxanaya yerləşdirilib. Xəstəxanada 17 yaşlı qızda beyinə ciddi zərər vuran insult qeydə alınıb. İlk simptomlardan üç həftə sonra pasient vəfat edib.

Tibb işçilərinin sözlərinə görə, bu xəstəliklərindən ölüm halları da çox nadir qeydə alınır. Qızda xəstəliyin belə ağırlaşmasının nə ilə əlaqədar olduğu barədə mütəxəssislər rəy verməyiblər.

 

Qeyd edək ki, "Öpüş xəstəliyi" adətən uşaqlarda görünür, halsızlıq, boğaz ağrısı, limfa düyünlərinin böyüməsi və qızdırma ilə müşahidə edilə bilir. Xəstəliyin yoluxaraq inkişaf etməsi və müddəti isə ona yoluxan adamın ümumi müqavimətindən asılı olur. Xəstəlik 2 həftə gizli qalır və özünü insanlarda boyun limfa düyünlərinin böyüməsi ilə göstərir. Sonra virus limfadan qan vasitəsilə bütün orqanizmə yayılır və badamcıqların böyüməsi, boğazda qızartı, yüksək qızdırma ilə müşayiət olunur. 20% xəstələrdə qara ciyərin böyüməsi müşahidə edilir. Öpüş xəstəliyi insanda 7-8 gün 39-39,5 qızdırma ilə müşahidə edilir. Xəstəliyin əlamətləri isə heç bir antibiotik vasitəsilə aradan qalxmır. "Öpüş xəstəliyi" ağır gedişə malik olan xəstəliklərdən hesab edildiyinə görə diaqnozun təsdiq edildiyi şəxsi ən azı 15 gün ətrafdakılardan tədric eləmək lazımdır. Xəstəlik zamanı dalağın və qara ciyərin böyüməsinı nəzərə alaraq mütləq həkimə müraciət etmək və xəstənin istifadə etdiyi bütün əşyaları ayırmaq lazımdır.


OXŞAR XƏBƏRLƏR

Devid Kemeron qazaxıstanlı həmkarı ilə GÖRÜŞDÜ

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qazaxıstan xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Q...

"Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət

İngiltərə Premyer Liqasının 29-cu turunda "Arsenal" və "Çelsi" komandaları qarşılaşıb.   Sfera.az bildirir ki, “topçular&rd...

Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.   Sfera.az-ın report-a istinadən xəbərinə görə,...

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...