Adəm və Həvvaya cahil dedi, linç edildi - VİDEO

Adəm və Həvvaya cahil dedi, linç edildi - VİDEO
Pop musiqisinin tanınmış siması Sezen Aksu yeni mahnısı ilə gündəmə gəlib.

Sfera.az xəbər verir ki, təxminən 2 həftə əvvəl təqdim etdiyi "Bir şey yaşamaq” adlı bəstəsinin sözlərinə görə sənətçiyə qarşı "linç etmə” kampaniyası başladılıb. Belə ki, mahnıdakı "Salam söyləyin o cahil Həvva ilə Adəmə” sözlərinə görə sosial şəbəkələrdə Aksu tənqid hədəfinə çevrilib. Dini dəyərləri təhqir etməsi iddiası ilə müğənni təhdid olunur. Bu təhdid və tənqidlərə dindarlarla, vətəndaşlarla yanaşı, bəzi siyasətçilər də qoşulub.

AKP Nevşehir millət vəkili Mustafa Açıkgöz, Müdafiəyi-İslam Hərəkatının rəhbəri Ərdəm Özveren, Cübbəli Əhməd, Milli Beka Hərəkatı Sezen Aksunu hədəf alaraq onun əleyhinə paylaşımlar edirlər. Müğənni Seda Sayan və Mustafa Sandal isə həmkarlarının müdafiəsinə qalxaraq ona dəstək mesajları yollayıblar. 

Musiqiçi Zülfü Livaneli isə Sezen Aksuya dəstəyini bu sözlərlə ifadə edib:

"Mahnı sözlərinə görə Sezen Aksuya qarşı linç kampaniyası başladılıb. Bu sözləri təhrif edənlərin sənətlə, sözlə, mədəniyyətlə heç bir əlaqəsi yoxdur. Dar siyasi pəncərələrdən sənət dənizinə baxır, şərhlər verirlər. Cahil sözü xalq şeirimizdə təcrübəsiz, dünya görməmiş gənc mənasında işlənir. Neşet Ertaşın "Cahil idim, dünya rənginə aldandım” mahnısındakı kimi. Bir xalq mahnısında deyildiyi kimi "Yeniyetmə qız, cahil oğlan/ İnkardan gəlinərmi?”.

Adəmlə Həvvanın cənnətdən qovulmasına səbəb olan səhvi onların gəncliyinə və cahilliyinə bağlayan Sezenin sözlərindən təhqirlər çıxarmaq primitiv bir məcburiyyətdir. Bu xalqın əziz tutduğu Sezen Aksuya qarşı belə ədalətsiz hücum hücumçunu kiçildib, Sezeni daha da böyüdəcək”.
 


OXŞAR XƏBƏRLƏR