Adel boşandı: 180 milyon dollarlıq sərvəti bölüşəcəklər

Adel boşandı: 180 milyon dollarlıq sərvəti bölüşəcəklər
Məşhur ingilis müğənni Adel ərindən boşanıb.
 
Sfera.az xəbər verir ki, 32 yaşlı ifaçı 2019-cu ilin aprelində 46 yaşlı həyat yoldaşı Simonla ayrıldıqlarını bildirmiş və 5 aydan sonra boşanma davası açmışdı. Cütlüyün davası nəhayət yekunlaşıb. Onlar 8 yaşlı oğulları Ancelonun ortaq qəyyumluğunu alıblar.

Qeyd edək ki, ifaçı Adel həyat yoldaşı Simon Konecki ilə 180 milyon dollarlıq sərvəti bölüşəcəkləri boşanma məhkəməsini gizli saxlayırdı.

Xatırladaq ki, Adel Simonla 2011-ci ildə tanış olub və 2012-ci ildə oğlanları Ancelo dünyaya gəlib. Müğənni 2017-ci ildə Simon ilə evləndiyini açıqlayıb.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR