ADB “Azərişığ”ın maliyyə vəziyyəti ilə bağlı proqnozlarını açıqladı

ADB “Azərişığ”ın maliyyə vəziyyəti ilə bağlı proqnozlarını açıqladı

Asiya İnkişaf Bankı (ADB) "Azərişıq” Açıq Səhmdar Cəmiyyətində aparılan islahatları dəstəkləməyə hazırdır.

Sfera.az xəbər verir ki, qurumun hesabatında qeyd olunduğu kimi, bu, müəssisənin maliyyə göstəricilərini yaxşılaşdırmaq üçün hökumətlə siyasi dialoq aparmağı şərtləndirir.

ADB-nin proqnozuna görə, mövcud tariflər saxlanılarsa, "Azərişığ”ın 2020-ci ildə 61,8 milyon manat olan əməliyyat zərəri 2021-ci ildə 77,7 milyon manat, 2022-ci ildə 93,5 milyon manat, 2023-cü ildə 116,1 milyon manat, 2024-cü ildə 139,8 milyon manat, 2025-ci ildə də 165,9 milyon manat təşkil edəcək. 2020-ci ildə 78,9 milyon manat təşkil etmiş xalis zərəri isə müvafiq olaraq 92,7 milyon103,9 milyon, 132,8 milyon162,2 milyon197,2 milyon manatadək artacaq.

Belə ki, 2023-cü ildə müəssisənin üzləşəcəyi vəsait çatışmazlığı ya qısamüddətli borc götürmək, ya da dövlət tərəfindən sərmayədən kənar dəstək zərurəti yaradacaq. Bütün bunlar dərhal azı 1 % həcmində tarif artımının zəruriliyini göstərir. Hərçənd ölkədə pərakəndə tariflərin və elektrik satınalması tariflərinin gələcəkdə də indiki səviyyədə qalacağı gözlənilir.

ADB-nin proqnozuna görə, "Azərişığ”ın kapitalı 2020-ci ildəki 2,110 milyard manatdan 2023-cü ildə 2,410 milyard manata, 2024-cü ildə 2,514 milyard manata, 2025-ci ildə 2,624 milyard manatadək artırılacaq. ASC-nin gəlirləri müvafiq olaraq 1,234 milyard manatdan 1,270 milyard, 1,285 milyard, 1,299 milyard manatadək artacaq.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...