Ağdaşda maşın maneəyə çırpılıb, ölən və xəsarət alanlar var

Ağdaşda maşın maneəyə çırpılıb, ölən və xəsarət alanlar var
 

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, rayonun Şəkili kəndində idarəetmədən çıxan "VAZ 2106” markalı avtomobil beton maneəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən biri ölüb, digər 3 nəfər isə ağır xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma başlanılıb.


OXŞAR XƏBƏRLƏR