Ağdamda 2 nəfər qidadan zəhərlənib
14:18 / 05.09.2019
1472
Ağdamda 2 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Baharlı qəsəbəsində baş verib. Qəsəbə sakinləri - 1987-ci il təvəllüdlü Tahir Abdullayev və 2009-cu il təvəllüdlü Camal Qasımovun nahar etdikdən sonra səhhətləri pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. T.Abdullayev və C.Qasımov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Yaxınlarının APA-ya verdiyi məlumata görə, dükandan alınan yumurtanı yedikdən sonra T.Abdullayev və C.Qasımovun səhhəti pisləşib.