Açıq-saçıq klipini təqdim edən Lətifə: Həmkarlarım kimi, “kabinet”lərdə oturmuram - VİDEO

Açıq-saçıq klipini təqdim edən Lətifə: Həmkarlarım kimi, “kabinet”lərdə oturmuram - VİDEO

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, müğənni Lətifə Soyuöz media əhlini başına yığıb "Sınaq” adlı yeni ekran işinin təqdimatını keçirib. Musiqisi Rammstein, sözləri isə Sima Çələbiyə məxsus olan bəstə rejissor Anar Hüseynov tərəfindən lentə alınıb. Sözügedən ekran işi açıq-saçıq və ehtiraslı səhnələrlə diqqət çəkib.

Sfera.az xəbər verir ki, Lətifə Soyuöz oxu.az-ın mikrofonu önünə keçərək, sevə-sevə təqdim etdiyi klipdən razı qaldığını, lakin çəkilişlərin həddindən artıq ağır və yorucu keçdiyini dilə gətirdi:

 "Bu işə çox əmək vermişik. İstədiyimizi əldə edə bildik. Əgər hər hansısa bir iş görürəmsə o, ən mükəmməl şəkildə olmalıdır. Üç il ara olmağına baxmayaraq, buna dəydi. Bu üç il ərzində bir çox kliplər çəkmək olardı. Lakin ortaya keyfiyyətli bir iş çıxarmaq istədim.

2020-ci ilə klipimin ilk akkordları vuruldu. Klipin materialı həddən artıq çox idi. Onu bir neçə dəqiqəyə sığdırmaq çətin oldu. Montaj tam bitdikdən sonra xoşbəxtliyimin həddi-hüdudu yox idi”.

Məşhur klipində onun həyat yoldaşını canlandıran aktyor Şəhriyar Əbilovdan danışaraq, klipin pərdəarxası məqamlarını bu cür incələdi:

"Aktyor Şəhriyar Əbilov çox sevdiyim dostlarımdan biridir. Klipə kimi çəkmək haqqında çox düşündük. Sonda Şəhriyarın üzərində dayandıq. Çünki o həm vizual, həm də görüntü olaraq mənə çox yaxındır. Ən çətin səhnə birinci çəkiliş günü oldu.

Çəkilişin ilk günü açıq-havada çöldə lentə alındı. Həmin gün elə yağış yağırdı ki, "tut ucundan, qalx göyə”. Əməlli başlı leysan idi. Yeddi saata kimi, yağışın altında çəkilişlərimiz oldu. Bütün suyun içində idim. Səhərə kimi çəkiliş meydançasında olduq. Soyuqdəymədən bədənim ağrıyırdı. Çox çətin alındı”.

"Ekran işinin sonunda Lətifə əlinə bıçaq alaraq ərini bıçaqlayıb, qətlə yetirir. Qadında bu qədər aqressiya və zorakılıq nədən qaynaqlanır?” sualına sənətçinin verdiyi cavabı birmənalı olmadı:

"Qadının bir o qədər günahı yoxdur. Ərim özü o qadının yanına gedib. Əgər o qadını tərcih edirsə, o zaman onu nələr gözləyəcəyinə qatlanmalıdır. Mahnının sözlərində deyilir ki, "Əlim əsə-əsə bəslədim səni. Qəlbimdə sənə elə bir taxt qurdum ki, amma sən mənə belə cavab verdin”.

"Bu Lətifənin həyatı idi?” sualı isə Lətifəni dərindən düşünməyə vadar etdi:

"Bu klip bir çox qadınların həyatıdır. Desəm ki, klipim mənə adiyyatı yoxdur, bu doğru çıxmaz. Təbii ki, mənim də həyatımdan bəzi məqamlar var. Klipdə göstəririk ki, bir qadın ərini öldürür, amma bu hər iki mənaya yozula bilər. Onu qəlbində də, cismən də öldürə bilər. Çarə qəlbdə öldürməkdir. Əgər bir insan sənin qədir-qiymətini bilmirsə, bir çarə qalır...

Mənim qızıl qaydam var. Heç zaman geriyə dönmürəm. Qəlbimdə o hissi tamami ilə öldürə bilirəm. Mən həddindən artıq çox sevə bilərəm. Amma birdəfəlik silməyi də gözəl bacarıram.  Həyatımda özümə qarşı yamanlıq çox görmüşəm. İnsanlara ürəklə yanaşıram. Sonda isə onlardan özümə qarşı xəyanət görəndə izah edə bilməyəcəyim qədər pis vəziyyətdə oluram”.

Açıq-saçıq və ehtiraslı səhnələrin yer aldığı klipdən narahatlıq keçirmədiyini söyləyən sənətçi izləyicilər tərəfindən gələcək bütün irad və tənqidlərə hazır olduğunu açıqladı:

"Biz bu klipi çəkəndə bütün tənqid və iradlara artıq əvvəlcədən hazır idik. Hollivuddakı açıq-saçıq səhnələrə baxırlar, amma özümüzə gəldikdə hamı başlayır qılınclayıb, baltalamağa. Bu klipi sənətdən anlayan insanlar üçün çəkmişəm. Hər şeydan yozan, "vedrə” bağlayan insanlar üçün çəkməmişəm. Sənətdən anlayan insan baxıb zövq alacaq.

Hər şeyə estetik yanaşmışıq. Aşırı dərəcədə açıq-saçıqlıq yoxdur. Orada bütün ehtiraslı səhnələri də peşəkar rəqqaslar canlandırıb”.

Soyuöz redaksiyamızın əməkdaşı ilə söhbətində çəkdirdiyi yeni açıq-saçıq klipi oğlu Arifin rahatlıqla oturub izləyəcəyini söylədi:

"Oğlumun klipi izləməyinə təbii ki, icazə verəcəyəm. Şəxsən mən özüm balacalıqdan bir çox filmləri ailəm ilə bərabər izləmişəm. Deməyiblər ki, "sənin bu qədər yaşın var, baxmaq yasaqdır”. Müəyyən yerlərdə sadəcə üzümüzü çevirirdik”.

"Keçən ilin yayında dəniz kənarında çəkdirdiyi açıq-saçıq fotosessiyasını yada salan Lətifə ailəsinin bu şəkillərə normal münasibət bəslədiyini və hər işində ona dəstək çıxdıqlarını bildirdi:

"Gördüm ki, hamı yay abu-havasında fotosessiyalar edir. Fikirləşdim ki, məndə etməliyəm. Avqustun 27-si çəkilişlərə dəniz kənarında start verdik. Dəniz kənarında çəkdirdiyim açıq-saçıq fotosessiyamdan sonra bir ay sosial şəbəkə hesablarıma girmədim. Çünki mənim üçün çox çətin idi. Evdəkilər bunu normal qəbul etdilər. Onlar başqa şeylərə qiymət verirlər. Çünki valideyinlərim mənə həm maddi, həm mənəvi şəkildə dəstəkdirlər."

Mənə güvən var. Bunları da sırf sənət üçün edirəm. Anam hər zaman deyir ki, "biz səni dəstəkləyirik, yetər ki, kənardan başqa şeylər eşitməyək”. Çərçivədə olan müğənni heç zaman nəyəsə nail ola bilmir. Hər şeyi əndazədə etmək lazımdır.

Mən bəzi həmkarlarım kimi "kabinet”lərdə oturmağı sevmirəm. Daha çox açıq havada olmağı sevirəm. Dəniz kənarında qarşımda bir fincan kofe ilə oturub, dincəlirəm”.


 


OXŞAR XƏBƏRLƏR