“Açıq qalan suallar var...” – Ceyhun Bayramovun İran səfərindən gözləntilər

“Açıq qalan suallar var...” – Ceyhun Bayramovun İran səfərindən gözləntilər

"İranla Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin yeni müstəvidə inkişafı nəzərdə tutulub”.


Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun İrana səfərini dəyərlədirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:


"Siyasi-iqtisadi mövzuda müəyyən sazişlər bağlana bilər. Bundan əlavə iki tərəf arasında açıq qalan müəyyən suallar var. Tehran Qarabağda bərpa işlərində iştirakda maraqlıdır. Həmçinin düşünürəm ki, səfər çərçivəsində İran ətrafında baş verən proseslər, İsrailin oradakı fəaliyyəti ətrafında fikir mübadiləsi aparılacaq”.


Həmsöhbətimiz qeyd etdi ki, görüş çərçivəsində hər iki tərəfin bir-birinə qarşı yönələn bazarlıqlarda iştirak etməyəcəyi barədə razılığa gələcəkləri də istisna deyil:

 

"ABŞ-da Co Baydenin hakimiyyətə gəlişilə ola bilər ki, İrana yönələn bəzi sanksiyalar aradan götürülsün. Bu mənada səfər çərçivəsində şimal-cənub nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsi məsələsinin müzakirəsi də gözləniləndir. Gələn il İran Prezidentinin Azərbaycana səfəri olacaq. Görünür, həmin səfər öncəsi hansı müstəvidə əlaqələrin inkişaf etdirilməsinin detalları razılaşdırılır”.

 

 

Elçin

Sfera.az

 

.

 


OXŞAR XƏBƏRLƏR

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...

Bayden qanunu imzalayacaq, lakin "TikTok" ABŞ-də qadağan olunmaya bilər - SƏBƏB

Xəbər verdiyimiz ki, Co Bayden bu gün ABŞ-də “TikTok”un qadağan olunması ilə bağlı qanun layihəsi imzalayacaq.   Sfera.az bildirir k...

"Yuventus" 22-ci FİNALDA - Növbəti görüşün tarixi BƏLLİ OLDU

Dünən, aprelin 23-də “Yuventus” İtaliya kubokunun yarımfinal cavab oyununda “Latsio”ya 1:2 hesabı ilə uduzsa da, ümumi hesabda daha da i...

Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ 

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. &nb...