Açıq havada maska taxmamaqla bağlı VACİB AÇIQLAMA

Açıq havada maska taxmamaqla bağlı VACİB AÇIQLAMA
Son günlər bir sıra vətəndaşlar açıq havada maska taxmaq qərarının ləğvi üçün sosial şəbəkələrdə aksiyaya başlayıb.

Sfera.az  xəbər verir ki, #nəfəsalaq həştəqi ilə həyata keçirilən sosial aksiyada insanlar parklarda, küçələrdə, yürüşlərdə tibbi maskadan istifadənin məcburi olması haqda qadağanın ləğv edilməsini istəyirlər.

Sosial şəbəkədə başladılan aksiyanın genişmiqyaslı olmasını nəzərə alaraq yay fəslində maska qadağasının ləğv edilmə ehtimalı böyük maraqla gözlənilir. Mövcud məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin sədrinin müavini Rəşad Mahmudova müraciət etdik.

Deputat BAKU.WS-ə bildirdi ki, son günlərdə çox böyük müzakirə mövzusu olan açıq hava və parklarda gəzərkən kütləvilik olmadığı yerlərdə, eləcə də məsafənin qorunması ilə birlikdə maskanın istifadəsi ilə bağlı məsələ yaxın gələcəkdə adiyyəti qurumlar, eləcə də qanunvericlik bazasında müzakirə olunacaq:

"Yay aylarında, xüsusən indi başlamış olan dalğanın sönməsindən və epidemioloji vəziyyət də imkan verdikdən sonra gələcəkdə bu və digər karantin rejimlərində yeni-yeni yumşalmalara nail olacağıq.

Əlbəttə dünyada epidemioloji vəziyyətlə birgə Avropa ölkələri başda olmaqla hər yerdə mövcud olan karantin rejimləri insanların psixologiyasında və onların azadlıqlarında ciddi bir şəkildə problemlər yaradıb. Ümid edək ki, yaxın gələcəkdə bu problemlərdən xilas olacağıq.

Fikrimcə, hər bir şeyin başlanğıcı olduğu kimi sonu da olur. Bu pandemiyanın da sonu gələcək. Amma sona gedən yolda cəmiyyət və insanlığın bilməsi vacib olan bir şey var ki, bu düşmənlə mübarizədə mütləq şəkildə həmrəyliyə və qarşılıqlı anlayışa daha çox ehtiyacımız var. Əminəm ki, hər zaman deyildiyi kimi biz birlidkə güclüyük və birlikdə bu xəstəliyin öhdəsindən gələcəyik".


OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...