AccessBank sığortaçı seçir
12:00 / 09.12.2019
1798
AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.
Bankdan Sfera.az-a verilən məlumatda deyilir ki, tender "Avtomobillərin və daşınmaz əmlakın sığortası" xidmətləri üzrə elan olunub.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+99455) 505 69 59 nömrəsinə müraciət edə bilərlər.
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2019-cu il dekabr ayının 16-da başa çatır.