AccessBank-ın portfelinin 95%-i biznes kreditlərinin payına düşür

AccessBank-ın portfelinin 95%-i biznes kreditlərinin payına düşür
 

Biznes, o cümlədən aqro kreditləşmə AccessBank-ın "qanın"dadır.

Sfera.az  xəbər verir ki, bu barədə AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina bildirib.

"Dediklərimi rəqəmlərlə əsaslandıra bilərəm - portfelimizin 95%-i biznes kreditlərinin payına düşür. Prezidentin biznesin daha çox kreditləşməsi ilə bağlı çağırışı bir daha onu təsdiqləyir ki, AccessBank düzgün yoldadır. Biz ölkənin aktiv tələbatı üzərində fokuslanmışıq və səhmdarlarımız bu fokusu yekdilliklə dəstəkləyir. Bir çox ölkələrdə kiçik biznes iqtisadi artımın katalizatoru rolunu oynayır. Biz rolumuzu yalnız rəqəmlərdə görmürük, eyni zamanda öz sosial məsuliyyətimizi dərk edirik. Hazırda mikrokreditləşmə bazarında AccessBank-ın payı 50%-dən çoxdur. Bizim baxışımız ondan ibarətdir ki, mikro və kiçik bizneslə aparılan aktiv iş hesabına AccessBank bu seqmentdə lider mövqeyini qorumağa davam edəcək. Hesab edirəm ki, portfeldəki artımın 65%-nin regionların payına düşməsi isə bizim üçün əlavə pozitiv amildir", - deyə o bildirib.


OXŞAR XƏBƏRLƏR