AccessBank-ın müştərisi: "İlk dəfə lotereyada qalib oldum" - MÜSAHİBƏ

AccessBank-ın müştərisi: "İlk dəfə lotereyada qalib oldum" - MÜSAHİBƏ
 
Xəbər verdiyimiz kimi, sentyabrın 16-da AccessBank "Pulu gətir, Polo götür" kampaniyası
çərçivəsində keçirilən lotereyanın qaliblərini müəyyənləşdirdi. Belə ki, 1 müştəri "Volkswagen Polo",
9 müştəri isə balansında 500 manat olan MasterCard Black Edition ödəniş kartına sahib oldu. Artıq
avtomobilin açarları Natavan Babayevaya təqdim olunub. Yeri gəlmişkən, Natavan xanımın
sürücülük vəsiqəsi də var, özü də olduqca təcrübəli sürücüdür. Di gəl ki, şəxsi avtomobili yox idi.
Artıq var… Lotereyanın qalibi ilə səmimi müsahibəni sizə təqdim edirik:
- Natavan xanım, əvvəla sizi təbrik edirik! Qalib olduğunuzu necə öyrəndiniz?
- Bankın əməkdaşları zəng edərək muştuluqladı. Açığı, birinci elə bildim ki, kimsə mənimlə zarafat
edir və inanmadım. Hətta dəstəyi də asmaq istədim. Sevincdən dilim tutuldu… Amma yenə də
inanmadım. Zəng etdim müştərisi olduğum AccessBank-ın "Binəqədi" filialına. Filialın əməkdaşı
təsdiqlədi ki, qalib mənəm və bundan sonra inandım.
- İlk olaraq sevincinizi kiminlə paylaşdınız?
- Həmin an həyat yoldaşım yanımda idi və o da inanmadı. Ardınca ailə üzvlərimə dedim. Bu hissləri
sözlə ifadə etmək çətindir.
- İndiyədək hansısa lotereyada qalib olmusunuz?
- Xeyr, ilk uduşumdur. "Gec olar, güc olar" buna deyiblər. Çox lotereyada iştirak etmişəm, amma
heç birində bircə qəpik belə udmamışam.
- Siz kampaniya barədə haradan xəbər tutmuşdunuz?
- Mən uzun illərdir AccessBank-ın müştərisiyəm. "Binəqədi" filialının əməkdaşları ilə
münasibətlərimiz olduqca yaxşıdır. Bir neçə ay bundan öncə növbəti dəfə AccessBank-a gələndə
"Binəqədi" filialının əməkdaşları mənə dedi ki, yeni kampaniya keçirilir və kampaniya çərçivəsində
lotereya oynanılacaq, əsas uduş isə avtomobildir. İndiyədək lotereyalarda bəxti gətirməyən adam
kimi dedim ki, mən nəinki avtomobili, heç o biri hədiyyələri (MasterCard Black Edition)
qazanacağıma da inanmıram. Bu gün isə əlimdə açar sizinlə sevincimi paylaşıram. İnanın mənə,
cəmiyyətdə lotereyalara inamsızlıq var. Bu gün siz bu inamsızlığı yox etdiniz! Uzun illər sizin
müştəriniz olaraq bilirəm ki, AccessBank şəffaf bankdır və bu lotereyanın da həmin prinsiplər
əsasında keçirildiyinə tam əminəm.
- Uduşdan öncə ailədə avtomobiliniz var idi?
- Bəli, həyat yoldaşımın avtomobili var…
- İndi isə keçək əsas məsələyə. Sürücülük vəsiqəniz var?
- Sürücülük vəsiqəm var və kifayət qədər səliqəli sürücüyəm. Ən azından, ətrafdakılar belə deyir.

- Sonda AccessBank-a və lotereyada iştirak edən müştərilərə olan ürək sözlərinizi eşitmək xoş
olardı.
- Eşitdiyimə görə, lotereyada iştirak edən müştərilər bir ağızdan bu sözləri deyib: "Maşını udan
xeyrini görsün!" Məncə bundan gözəl arzu ola bilməz və mən həmin insanlara həyatda hər şeyin
ürəyincə olmasını arzulayıram. Bunun adı üstündədir - lotereya! Lotereya bəxtə bağlı olan şeydir.
Mən hər zaman lotereyalarda qalib olanlara görə sevinmişəm. Bu gün isə AccessBank məni
sevindirdi. Onu da bilirəm ki, AccessBank müştərilərini tez-tez müxtəlif kampaniya və lotereyalarla
sevindirməyi bacarır. Bəlkə də növbəti lotereyanın qalibi siz olacaqsınız!

OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...