AccessBank-ın depozit portfeli tarixi maksimuma yüksəlib - sədr
Bu ilin iyun ayının sonuna AccessBank-ın depozit portfeli 628 mln. manata çataraq tarixi maksimuma yüksəlib.
Bunu AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov "AHK Impuls"
iştirakçıları qarşısında çıxış edərkən deyib. Tədbir Almaniya-Azərbaycan Xarici
Ticarət Palatası tərəfindən təşkil olunub.
Sədrin sözlərinə görə, son zamanlar bankın depozit portfeli stabil və dinamik
artım nümayiş etdirir: "Bu il
depozit portfelimiz 120 mln. manat, ötən il isə 72 mln. manat artıb. 2019-cu il
ərzində bankın depozit portfeli 24% artım nümayiş etdirib".
Bank rəhbəri onu da bildirib ki, yeni depozitlərin az qala hamısı manatda yerləşdirilib,
bu da müştərilərimizin milli valyutaya olan inamının göstəricisidir: "Ümumilikdə, portfelimizdə manatda yerləşdirilən
depozitlərin payı 61% təşkil edir".
Anar Həsənovun sözlərinə görə, əmanətlərin dövlət tərəfindən sığortalanmasının
müddətinin uzadılması ilə bağlı qərar müştərilər tərəfindən depozitlərə marağı
artıracaq.