AccessBank-da karyera qurmaq şansını qaçırma!

AccessBank-da karyera qurmaq şansını qaçırma!

AccessBank-da uğurlu karyera qurmaq arzusundasınız? Yüksək ixtisaslı kadra və öz sahənizin mütəxəssisinə çevrilmək istəyirsiniz? O zaman "Access Bankirlər Məktəbi"nin yeni mövsümünə qatılmaq şansını qaçırmayın!


Layihənin məqsədi yüksək potensiala malik gənclərin peşəkar addımlarını atmaqda dəstək olmaqdır. Ötən mövsüm uğurla həyata keçirilən layihəyə qatılan 21 nəfər artıq ixtisaslı kadr kimi AccessBank-ın peşəkar komandasına qoşulub.

 

Namizədlər 12 həftə davam edəcək layihə çərçivəsində bankın baş ofisində və filiallarında hazırlıq keçəcək. İştirakçılar mikrokreditləşmə, kiçik və orta biznes müştəriləri ilə iş, tamçeşidli qeyri-kredit məhsullarının və xidmətlərinin təqdim olunması, xəzinədarlıq və risklərin idarə edilməsi kimi istiqamətlərlə tanış olacaq.

 

Namizədlərə qarşı tələblər:

 

· Ən azı bakalavr dərəcəsi

· Komandada işləmək bacarığı

· Analitik təfəkkür

· AccessBank-da karyera qurmaq istəyi

· Bankın regional filiallarında işləmək istəyi və imkanı

· Rus və / və ya ingilis dili biliyinə üstünlük verilir

· İş təcrübəsi tələb olunmur, amma təcrübənin olması üstün cəhətdir

 

Seçim mərhələlərindən keçmiş namizədlərə aşağıdakılar təklif olunur:

 

· Unikal peşəkar inkişaf imkanı

· İlk təlim günlərindən etibarən əmək müqaviləsinin bağlanması

· Təlim müddətində zəmanətli əməkhaqqı

· Bank sahəsini eyni zamanda bir neçə istiqamətdən tanımaq imkanı

· AccessBank-da karyera yüksəlişi

 

"AccessBank-ın uğurunun əsasını yüksək ixtisaslı kadrlar təşkil edir. Bu kadrların böyük hissəsi karyeralarına bankda başlayaraq öz sahələrinin mütəxəssislərinə çevrilib. AccessBank bu sektorda inkişaf edərək uğurlu karyera qurmaq istəyənlər üçün "Access Bankirlər Məktəbi" layihəsini ənənəyə çevirdi", - deyə AccessBank-ın İnsan Resursları departamentinin direktoru Nigar Hüseynzadə bildirib.

 

"Access Bankirlər Məktəbi"nə müraciət etmək üçün 30 avqust 2019-cu il tarixinədək sayta keçid edərək (//www.accessbank.az/az/our-bank/bankers-school/) qeydiyyatdan keçə bilərsiniz. Növbəti 3 həftə ərzindənamizədlərin seçimi aparılacaq və seçilmiş şəxslərə elektron məktub və SMS vasitəsilə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...