AccessBank 2020-ci ili ətraf mühitin qorunmasına həsr edəcək!

AccessBank 2020-ci ili ətraf mühitin qorunmasına həsr edəcək!
 
AccessBank 2020-ci ili ətraf mühitin qorunmasına həsr edəcəyini elan edir. Belə ki, ətraf mühitin
qorunması tədbirləri bankın fəaliyyətinin bütün istiqamətlərini əhatə edəcək və "Təbiəti
qorumaq təbiətimizdədir!” şüarı altında həyata keçiriləcək.
Biznes. AccessBank-ın biznes fəaliyyətində ətraf mühitin qorunmasına verdiyi önəm daha
irimiqyaslı və əhəmiyyətlidir. Beynəlxalq maliyyə institutlarından ibarət bankın səhmdarlarının
menecment qarşısında qoyduğu əsas tələblərdən biri də məhz budur. Qürur hissi ilə bildiririk ki,
həcmindən və gəlirliliyindən asılı olmayaraq, layihələnin maliyyələşdirilməsi zamanı AccessBank
ekoloji riskləri, o cümlədən onların minimallaşdırılması istiqamətində müştərinin səylərini
qiymətləndirir. Digər tərəfdən, bank biznesin effektivliyinin artırılmasına, enerji sərfiyyatının
azaldılmasına, təkrar emala və digər yaşıl texnologiyalara hesablanan layihələrin
maliyyələşdirilməsini stimullaşdıracaq. Stimul qismində güzəştli kredit dərəcələri, kreditləşmə
müddəti, qrafiki və girovla bağlı daha liberal şərtlər çıxış edə bilər.
Əməliyyat. Bank əməliyyat proseslərini də ətraf mühitin qorunması prizmasından quracaq.
AccessBank rəhbərliyi tərəfindən qəbul olunan qərara əsasən, iş prosesində kağız və plastikdən
istifadə minimuma endiriləcək. Xatırladaq ki, AccessBank-ın uzun illərdir reallaşdırdığı "Green
Access" layihəsi nəticəsində tonlarla kağız və kağız məmulatı təkrar emala təhvil verilb.
AccessBank qürur hissi keçirir ki, bu layihə nəticəsində minlərlə ağacın qırılmasının qarşısı alınıb.
Xüsusi olaraq qeyd olunası məqam ondan ibarətdir ki, 2020-ci ildə bankda gündəlik istifadə
olunan kağız məmulatları (korporativ gündəlik və təqvim) təkrar emal məhsullarından
hazırlanacaq.
Enerji effektivliyi və resursların qorunması məsələləri bankın bütün investisiya qərarlarında, o
cümlədən yeni filialların açılışı və köhnələrinin təmiri zamanı nəzərə alınacaq.
Bank rəhbərliyi yuxarıda qeyd edilən tədbirlərin monitorinqini həyata keçirən ixtisaslaşmış
komitənin yaradılmasını planlaşdırır.
Korporativ sosial məsuliyyət. Gələn il AccessBank korporativ sosial məsuliyyət layihələrini ətraf
mühitin qorunmasına həsr edəcək. Həmin layihələrin reallaşdırılması ilə bank əhalinin ekoloji
məsələlərlə bağlı bilik səviyyəsinin artırılmasına nail olmaq niyyətindədir. Bunun üçün
AccessBank müştəri və tərəfdaşlarını da həyata keçirəcəyi layihələrə cəlb etməyi planlaşdırır.

OXŞAR XƏBƏRLƏR