Ağcabədidə ev sahibi oğrunu döyərək polisə təhvil verdi

Ağcabədidə ev sahibi oğrunu döyərək polisə təhvil verdi
 

Ağcabədidə evə oğurluğa girən şəxs döyülərək polisə təhvil verilib.

Sfera.az ONA-ya istinadən xəbər verir ki, Ağcabədi şəhəri, Zülfi Adıgözəlov küçəsində yaşayan Kərimov Məhəmmədəli Eldar oğlu səhər saat 05 radələrində işdən gələrkən evin həyətindən səs eşidib və həyətə nəzərə yetirdikdə əvvəllər tanımadığı şəxsin əlində su mühəriki və qazan tutub dayandığını görüb. Həmin şəxs onu görən kimi əlindəki əşyaları atıb qaçmağa başlayıb. Oğru hasara dırmaşmaq istəyərkən Məhəmmədəli Kərimov onu tutub. Oğru ev sahibini yumruqla vurmaq istəyib, lakin Məhəmmədəli Kərimov əlbəyaxa döyüş növləri üzrə idman ustası olduğundan özünü müdafiə edib və oğurluq edən şəxsə yumruq zərbələri endirib.

Qonşuluqda yaşayan şəxslər səsə gələrək oğrunu ev sahibinin əlindən alıblar. Daha sonra Məhəmmədəli Kərimov polis şöbəsinə zəng edərək hadisə barədə məlumat verib. İlkin araşdırmalar zamanı məlum olub ki, oğurluq edən şəxs Xocəvənd rayon sakini, Ağcabədi rayonu Hüsülü kəndində məskunlaşan 1988-ci il təvəllüdlü Quliyev Cəsarət Akif oğludur.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...