Ağcabədidə dəhşət: 2 nəfər avtomobildə yanaraq can verdi
11:20 / 29.11.2019
3122
Ağcabədi rayonunun Avşar kəndində "ВАЗ” markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb.
Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.