Abşeronda yaşayış binasında yanğın olub
17:30 / 29.11.2020
6835
Abşeronda çoxmərtəbəlli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, rayonda çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin eyvanında ev əşyaları və taxta tullantıları 4 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.