Abşeronda tələbə qızın ölümü ilə nəticələnən yol qəzasını sabiq polisin törətdiyi müəyyənləşib

Abşeronda tələbə qızın ölümü ilə nəticələnən yol qəzasını sabiq polisin törətdiyi müəyyənləşib

Bakıda polis əməkdaşı idarə etdiyi avtomobillə tələbəni vurub.

APA-nın məlumatına görə, hadisə oktyabrın 9-da 07:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonundan keçən 21-ci kmdə baş verib.

"BMW” markalı  90 DH 530 qeydiyyat nişanlı avtomobil piyada Solmaz Abdullayevanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. 

 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev APA-ya hadisəni təsdiqləyib. Bildirib ki, faktla bağlı araşdırma aparılır: "Hadisəni törədən şəxs vaxtilə daxili işlər orqanlarında çalışıb və hazırda təqaüddədir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Solmaz Abdullayevanın 1-ci kurs tələbəsi olduğu barədə məlumat yayılıb.


OXŞAR XƏBƏRLƏR