Abşeronda silahlı narkotacir saxlanıldı - FOTO-VİDEO

Abşeronda silahlı narkotacir saxlanıldı - FOTO-VİDEO
Abşeron rayonunda silahlı narkotacir saxlanılıb.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Masazır qəsəbəsində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Sərdar Talıbov tutulub.

Onun üzərinə baxış zamanı 1 ədəd Naqan tipli tapança, 2 ədəd patron və narkotik maddə olan marixuana aşkar olunub.

Araşdırma zamanı bu şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün əvvəllər məhkum edildiyi məlum olub.

Faktla bağlı bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
 
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Coca-Cola”nın maşını aşdı, içkilər yerə dağıldı – FOTO + VİDEO

Bakıda "Coca-Cola” daşıyan yük maşını qəza törədib. Sfera.az xəbər verir ki, bu barədə baku.ws-in "qaynar xətti”nə məlumat daxil olub. Hadisə zamanı...

Samur-Abşeron kanalında tank və top mərmiləri tapılıb - FOTOLAR-VİDEO

Samur-Abşeron kanalında tank və top mərmiləri tapılıb. Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunu...

Abşeronda mina və mərmilər aşkarlandı - FOTOLAR + VİDEO

Abşeronda mina və mərmi aşkarlanıb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN...

Türkiyədə AZE 99-MB-888 nömrəli “Mercedes” qəza törətdi - FOTOLAR + VİDEO

Türkiyənin İstanbul şəhərinin Beşiktaş ərazisində  azərbaycanlı iş adamı kimi təqdim edilən şəxs lüks "Mercedes” markalı avtomobillə qəza törədib.   ...

Bakıda dəmir yolu keçidində qumbara tapıldı - FOTOLAR+VİDEO

Bakıda dəmir yolu keçidində qumbara tapılıb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirili...

Abşeronda silahlı narkotacir saxlanıldı - FOTO-VİDEO

Abşeron rayonunda silahlı narkotacir saxlanılıb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirili...