Abşeronda qəza, 41 yaşlı qadın öldü

Abşeronda qəza, 41 yaşlı qadın öldü
 Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

FHN-dən Sfera.az-a verilən məlumata görə, hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu cəlb olunub.
 
Həyata keçirilən tədbirlər nəticəsində "VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1979-cu il təvəllüdlü İbrahimova Ruhiyyə Tacir qızının meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR