Abşeronda qadını qətlə yetirərək yol kənarına atan şəxslərdən biri saxlanıldı - FOTOLAR + VİDEO

Abşeronda qadını qətlə yetirərək yol kənarına atan şəxslərdən biri saxlanıldı - FOTOLAR + VİDEO
Abşeron rayonunda 9 gün əvvəl qadını qətlə yetirərək yol kənarına atan şəxslərdən biri saxlanılıb.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 10-da Abşeron rayonu Fatmayı kəndi ərazisində əsas yoldan kənarda üzərində zorakılıq əlamətləri olan 30-35 yaşlarında naməlum qadın meyiti tapılıb. Məlumat daxil olan kimi dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Qısa zamanda qətlə yetirilən şəxsin Cəlilabad rayon sakini Yenigül Rəhimova olduğu müəyyən edilib.

Abşeron Rayon Prokurorluğu, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov saxlanılıb, həmin hadisədə iştirak edən daha bir nəfərin şəxsiyyəti isə müəyyən edilib. Hazırda onun da saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü Seymur Məmmədov və tanışı paytaxtın Nizami rayonundakı kafelərdən birində işləyən tanışları Yenigül Rəhimova ilə görüşüblər. Onlar şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı avtomobildə qadını qətlə yetiriblər. Daha sonra həmin şəxslər izi itirmək məqsədi ilə meyiti Seymur Məmmədovun yaşadığı Fatmayı kəndinin yaxınlığına gətirərək orada atıblar.

Qeyd edək ki, Seymur Məmmədov və hadisədə iştirak edən digər şəxs əvvəllər dəfələrlə məhkum ediliblər. Onlar bir yerdə cəzaçəkmə müəssisəsində olan zaman tanış olublar.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zərurui istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 


OXŞAR XƏBƏRLƏR

Əhali ən çox gəliri hansı sahələrdən əldə edir? – ADLAR

Azərbaycanda ev təsərrüfatlarının tədqiqi göstərir ki, əhalinin adambaşına düşən aylıq gəlirləri 2023-cü ildə 15,6 manat artaraq 343 manatı ötüb. Gəlirlər şəhər...

Prezident: "COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq"

Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir.   Sfera...

Şoyqudan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: "Müharibə başlayandan bəri..."

Ukraynanın savaşda itkiləri ilə bağlı məlumat açıqlanıb.   Sfera.az bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu danışıb.   ...

May ayının şanslı və uğursuz GÜNLƏRİ - Astroloq AÇIQLADI

May ayının şanslı və uğursuz günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə məşhur rus astroloqu Vasilisa Volodina danışıb.   Pro...

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...