Abşeronda hamilə qadının dəm qazından boğulması faktına dair cinayət işi başlanıb
11:36 / 09.03.2020
1847
Abşeron rayonunda qadının dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Sfera.az-ın APA-ya istinadla məlumatına görə, Saray qəsəbəsində 1985-ci il təvəllüdlü Allahverdiyeva Mahizər Bayraməli qızı fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, hadisə martın 7-də Saray qəsəbəsində qeydə alınıb. 35 yaşlı qadının hamilə olduğu bildirilib.