Abşeronda “Gənclər Şəhərciyi”ndə yanğın olub
19:30 / 04.04.2019
4358
Abşeronda yaşayış binasında yanğın olub.
Hadisə Mehdiabad qəsəbəsində yerləşən "Gənclər Şəhərciyi”ndə qeydə alınıb. Şəhərcikdəki yaşayış binalarından birində yanğın baş verib. Binanın 3-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.ONA