Abşeronda əxlaqsızlıq yuvası saxlayan qardaşların məhkəməsi başladı

Abşeronda əxlaqsızlıq yuvası saxlayan qardaşların məhkəməsi başladı
 

Bakı Ağır Cinayətlər Məhkəməsində əxlaqsızlıq yuvası saxlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Qabil Ramazanov, onun qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Sfera.az bildirir ki, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirlib. Məhkəmə baxışı sentyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, istintaq orqanı tərəfindən Qabil Ramazanovun barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Digər iki təqsirləndirilən Habil Ramazanov və Yalçın Əzimovun barəsində isə Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə ittiham verilib.

Qabil Ramazanov, Habil Ramazanov və Yalçın Əzimovun saxlanılması üçün əməliyyat Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilib.

Abşeron rayonunda yerləşən "Pəhləvan” kafesində keçirilən əməliyyat nəticəsində məlum olub ki, orada xüsusi hazırlanmış otaqlarda qadınlar kişi müştərilərə pul müqabilində intim xidmət göstəriblər.

Həmin kafeni işlədən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimov həmin obyektdə əxlaqsızlıq yuvası təşkil etməklə qazanc əldə etdikləri üzə çıxıb.

Bundan başqa, həbs olunan zaman Qabil Ramazanovdan külli miqdarda narkotik vasitə aşkar olunub.


OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...