Abşeronda bloqer qadın sərxoş halda avtomobili qaçırıb qəza törətdi - FOTOLAR

Abşeronda bloqer qadın sərxoş halda avtomobili qaçırıb qəza törətdi - FOTOLAR
Abşeron rayonunun Masazır qəsəbəsində 4 avtomobil qəzaya uğrayıb.

Sfera.az  xəbər verir ki, hadisə Qurtuluş 93 yaşayış kompleksinin həyətyanı sahəsində baş verib.

Belə ki, Rzayeva Azadə Bəhrəm qızı tanışına məxsus 90-SP-998 dövlət nömrə nişanlı "KİA” markalı avtomobili binanın həyətindən qaçıraraq yüksək sürətlə məhəllədaxili yolla hərəkət edib. Bu zaman o, qəfil dönmə əməliyyatı edərkən nəqliyyat vasitəsini Süleyman İsayevə məxsus "Opel”ə çırpılıb.

Bununla belə, avtomobili saxlamayan qadın sürücü əks yola çıxaraq Fərrux Kərimova məxsus "Chevrolet” markalı maşınla toqquşub. Sükana nəzarəti itirən qadın "KİA”nı Məhəmməd Atayevin sükanı arxasında olduğu "Daewoo” markalı maşına çırpıb.

Hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin əməkdaşları qadının avtomobili hadisə yerində qoyub qaçdığını görüb. Dərhal Post Patrul Xidmətinin əməkdaşları onu təqib edərək saxlayıb. Məlum olub ki, qadın sərxoş haldadır. Bunu Abşeron Rayon Polis İdarəsinin əməkdaşları və hadisə zamanı zərərçəkən sürücülər təsdiqləyib.

Daha sonra qəzanın baş verdiyi əraziyə KİA markalı maşının sahibi gəlib. O, polis əməkdaşlarına bildirib ki, avtomobilini Azadə Rzayeva oğurlayıb.

Qeyd edək ki, Azadə Rzayeva özünü bloqer kimi təqdim edib. A.Rzayeva polis tərəfindən saxlanılıb.
 
(apa)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Şəhidlərlə vida mərasimi başa çatdı - FOTOLAR - YENİLƏNİB

"Sərhədçi” İdman Kompleksində helikopter qəzasında ötən gün həlak olan hərbi qulluqçularla vida mərasimi başa çatıb. Sfera.az xəbər verir ki, hərb...

Helikopter qəzasında həlak olan həkimin 2 gün sonra nişanı olacaqmış - FOTO

Ötən gün helikopter qəzasında vəfat edən hərbi həkim Ceyhun Əhmədxanovla bağlı yeni məlumat yayılıb. Sfera.az xəbər verir ki, həmkarlarından biri onun 2 g...

Helikopterin qəzaya uğradığı ərazidən - FOTOLAR

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirər...

Helikopter qəzasında həlak olan hərbçilərimizin FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında hərbi helikopterimiz qəzaya uğrayıb.  Sfera.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinə məxsus olan he...

Helikopterin qəzaya uğradığı yerdən FOTO

Xəbər verdiyimiz kimi, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo¬nun...

Azərbaycan iranlı terrorçunu axtarışa verdi - FOTO

Azərbaycan sifarişli cinayətlərdə təqsirləndirilən İran vətəndaşını axtarışa verib. Sfera.az xəbər verir ki, İran vətəndaşı, 43 yaşlı Hasan Rahbari mütəşə...